Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İlahiyyatçı ELŞAD MİRİDƏN şok açıqlama: “İSLAMDA SEYİD ANLAYIŞI YOXDUR” – VİDEO

“Ümumiyyətlə İslamda belə bir anlayış yoxdur”.

Tanınmış ilahiyyatçı Elşad Miri İslamda seyidlik anlayışının olmadığını bildirdi.

Din.az xəbər verir ki, ilahiyyatçı Elşad Miri “İlham Tumasla 40 dəqiqə” adlı proqramda seyidlik anlayışı ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, İslamda ümumiyyətlə seyid anlaşı yoxdur. Seyid kəliməsi ərəb dilində müraciət forması olub, lüğəvi mənası bizim dildə cənab, bəy, müəllim olaraq hörmət mənasında işlədilir.

İlahiyyatçı açıqlamasında bildirib:

“Bu gün belə bir anlayış da var ki, seyidlik Məhəmməd peyğəmbərin qızı Fatimənin Əli ilə izdivacından doğulan 5 uşaqdan sadəcə imam Hüseynin nəslindən gələnlərə verilir. Lakin mən bu fikirlə razı deyiləm.

Məsələn, Yəhudilər istisna olmaqla, bütün cəmiyyətlərdə nəsil oğul övladından artır. Hətta belə bir anlayış da var ki, ata əgər seyiddirsə, uşağı seyid sayıla bilər. Bəs bunu peyğəmbərə niyə istinad edə bilmirik? Axı peyğəmbərin qızından gəlir bu nəsil, oğlundan deyil. O zaman, fatiki olaraq peyğəmbərin nəslindən deyil, imam Əlinin nəslindən sayılmalıdır və seyidlik İmam Əli ilə əlaqələndirilməlidir.”

Elşad Miri qeyd edib ki, ümumiyyətlə İslamda belə bir anlayış yoxdur. Müxtəlif dövrlərdə bəzi qruplar İmam Əlinin nəslindən olduğunu iddia edərək və özlərini insanlara seyid adı ilə ali bir irq kimi qəbul etdirərək hakimiyyətə gəliblər.

İlahiyyatçı Qurandan misal gətirərək bildirib:

“Əgər həqiqətən bir insanın peyğəmbərlə əlaqəli üstünlüyü olsaydı, o zaman Nuh peyğəmbərin oğlu kafir olmazdı, Lut peyğəmbərlə bir yastığa baş qoyan xanımı kafir olmazdı. Quranda bundan başqa, İbrahim peyğəmbərin büt düzəldən atasından, Yusif peyğəmbərin qardaşlarının atasına və özünə zülm etməsindən bəhs edilir. O cümlədən Məhəmməd peyğəmbərə qarşı gələn əmisi Əbu Ləhəb Quranda bildiyimiz məlum məsələlərdir.”

Qeyd edək ki, ilahiyyatçının “İslamda seyidlik yoxdur” adlı mövzu başlığının yer aldığı “İslamda yoxdur” adlı kitabının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən çapına qadağa qoyulub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...