Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
timthumb

İlahiyyatçı müəllim FETO-ya dəstək üçün şagirdlərdən istifadə edib

Share Button

Qiymətimizi kəsməklə təhdid edib kitabı zorla bizə aldırırdılar…

Sakarya Universiteti İlahiyyat Fakultəsinin tələbəsi, fakultə rəhbəri olan və qiyamçılarla birlikdə hərbi çevrilişə cəhddə saxlanılan Dos.Dr.Adil Öksüz haqqında şok iddialar səsləndirib.

“Din.az” xəbər verir ki, çevrilişçi ilahiyyatçının Fəthullah Güləndən sitatlarla dolu olan bir kitabı bütün tələbələrə tapşırıq olaraq verdiyini söyləyən tələbə, Adil Öksüzün beləcə FETO-ya maddi dəstək olduğunu söyləyib.

Budur, təəccüb doğuran ifadələr…

“Fakultəmizin bölüm başçısı olan Dos.Dr. Adil Öksüz bütün tələbələrə tapşırıq verirdi. Bir dəfə kitabın təqdimatı ilə bağlı tapşırıq vermişdi. Verdiyi kitab da Ayətəl-Kürsi ilə bağlı bir kitab idi”.

Fəthullah Güləndən sitat dolu kitab…

“Sözügedən kitabda ayətin təfsirindən çox Fəthullah Gülənin cümlələri və kitablarından alınmış keçidlər var idi. Bizdən bu kitabın xülasəsini çıxartmağımızı istəmişdi”.

Qiymətimizi kəsməklə təhdid edib kitabı zorla bizə aldırdılar…

Bir şok tələbəyə bunu qiymət qarşılığında zorla etdirirdilər. Mən də tapşırığı yerinə yetirmək üçün kitabı alarkən internetdən axtarış edəndə Fəthullah Gülənin nəşriyyat evindən çıxdığını gördüm. Bu kitabı bütün tələbələrə aldırırdılar və ildə çoxlu miqdarda pullar FETO-ya qazandırılmış olurdu”.

Başqa müəllimlər də var…

“Böyük ehtimalla bu ilahiyyatçı FETO daxilində ciddi bir yerə sahibdir. Təzyiq göstərərək digər təfsir müəllimlərinə də bu kitabı tapşırıq olaraq verdirib. Amma mən Sakarya Universitetində sadəcə bu ilahiyyatçının olduğunu sanmıram, başqa müəllimlər də var.

Bu müəllimin çevrilişdən sonra Türkiyənin Dəniz Qüvvələrində əhəmiyyətli bir mövqeyə gətiriləcəyi deyilirdi. Bundan başqa universitetdəki İlitam tələbələrinin məzun olmaması üçün əllərindən gələni edirlər”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top