Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İlahiyyatçı professor həbs olundu

Saxlanılan şəxsin FETÖ-nün öndə gedən 4 ilahiyyat müəllimindən biri olduğu bildirilir…

Türkiyənin Sakarya Universiteti İlahiyyat Fakultəsinin müəllimi Prof.Dr.Davut Aydüz məhkəmə salonunda həbs olunub.

“Din.az” “hurriyet.com.tr”yə istinadən xəbər verir ki, Sakaryada “Konstitutsiyanın pozulması”, “FETÖ silahlı terror təşkilatına üzv olmaq” və “Terror təşkilatına maliyyə dəstəyi ilə təmin etmək” iddiaları ilə təqsirləndirilən,  FETÖ-ya aid olduğu bildirilən televiziyalarda dini söhbətlər aparan Sakarya Universitetinin İlahiyyat Fakultəsi Tərcümə bölümünün müəllimi Prof.Dr. Davut Aydüz saxlanılıb.

57ac02e867b0a920146ba7b8Bir vaxtlar İlahiyyat fakultəsində işlədikdən sonra peşə məktəbində işinə davam edən Prof.Dr.Hüdaverdi Adam da 3 gün əvvəl yaxalanıb. Axşam saatlarında ədliyyəyə sövq edilən Davut Aydüz saxlanılarkən Hüdaverdi Adam məhkəmənin qərarı ilə sərbəst buraxılıb.

FETÖ-nün öndə gedən 4 ilahiyyat müəllimindən biri olduğu bildirilən Davut Aydüzün Akıncı Hava hərbi bazasında yaxalanıb sərbəst buraxılan Adil Öksüzün də müəllimi olduğu bildirilib.

Qeyd edək ki, Sakarya Universiteti İlahiyyat Fakultəsi Təfsir bölümünün müəllimi Prof.Dr.Davud Aydüz həm də Azərbaycandakı Qafqaz Universitetinin İlahiyyat Fakültəsinin 3 il dekan vəzifəsini icra edib və Fəthullah Gülənin özəl tələbələrindən biri olub.

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...