Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İLAHİYYATÇI: “ŞALVAR GEYİNƏN, QAŞLARINI ALDIRAN VƏ UNİVERSİTETƏ GEDƏN QADINLAR CƏHƏNNƏMLİKDİR” – VİDEO

İlahiyyatçı bəzi qadınların cəhənnəmə girəcəklərini söyləyib.

Türkiyədə ilahiyyatçı İhsan Şenocak qadınların həyat və geyim tərzləri ilə bağlı cinsi ayrı-seçkilik ehtiva edən fətvalar verib.

İlahiyyatçı qadınların şalvar geyinib qaşlarını aldırdığı və universitetə getdiyi üçün cəhənnəmə girəcəklərini söyləyib.

Din.az “A24.az”a istinadən bildirir ki, qadınların şalvar geyindikləri üçün cəhənnəmdə yanacaqlarını söyləyən İhsan Şenocak atalara qızlarını qorumaları üçün nəsihət verib.

İlahiyyatçı “Necə ki, bir çoban qoyunları oda atdığı üçün o çobanın cəzalandırılmasını istəyərsiniz, bir ata da övladlarını cəhənnəm odundan qorumalıdır” deyə danışıb.

Qadınların qaşlarını aldırmasının və universitetə getməsinin də “böyük günah” olduğunu vurğulayan Şenocak bu ifadələri işlədib:

“Yəni qızın bu küçədən keçib məktəbə şalvarla gedərkən sənin ürəyin parçalanmır? 18 yaşında qaşını aldıran qızın universitetə o halda gedərkən ürəyin parçalanmırsa, vallahi qiyamət günü cəhənnəm səni parçalayacaq. Allahın əmanətini nə hala gətirdin? Universitetə daxil olduğu zaman sevindin. Həkim və ya mühəndis olacaq, ayda 5 min alacaq, avtomobil sürəcək, ərinə məcbur və möhtac olmayacaq… Onlara sevindin. Dar şalvarı ilə kişilərin baxışları arasında qızın keçir, gənc oğlanlar gözlərini arxasına zilləyib baxırlar, arxasınca gedirlər. Balanı cəhənnəmə atdın cəhənnəmə!”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...