Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
yaşar-nuri-öztürk

İlahiyyatçı Yaşar Nuri Öztürkün vəziyyəti ağırdır

Share Button

Yaşar Nuri Öztürkün vəziyyəti ağırdır, xocamız üçün dua edin…

İfaçı Onur Akay, sosial media hesabından məşhur ilahiyyatçı Yaşar Nuri Öztürk’ün vəziyyətinin ağır olduğunu yazıb.

“Din.az” “ensonhaber.com”a istinadən xəbər verir ki, ilahiyyatçı professor Yaşar Nuri Öztürkün səhhəti ilə bağlı Yeditepe Universiteti Xəstəxanasına yerləşdirildiyi ortaya çıxıb. Burada bir müddət müalicə alan Öztürk həkimləri tərəfindən evinə göndərilib.

“Vəziyyəti ağırdır, dua edin”

Türk sənət musiqisinin ifaçısı Onur Akay tvitter hesabında Öztürk üçün dua edilməsini istəyib. Akay, “Dəyərli xocanız Yaşar Nuri Öztürkün vəziyyəti ağırdır, xocamız üçün dua edin. Yeditepe Universitetinin xəstəxanasında müalicə alan xocamız hazırda evindədir. Allah təcili şəfa versin” deyib.

Qeyd edək ki, Yaşar Nuri Öztürk mədə xərçəngi diaqnozu ilə 12 noyabr 2011-ci ildə əməliyyat olunub və 3 ay yarım kimyaterapiya keçib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

1 şərh İlahiyyatçı Yaşar Nuri Öztürkün vəziyyəti ağırdır üçün

  1. fatih dedi:

    buna dua dusmur 90 sifetli ataputcu
    Elsad bey bu adama fikirleriniz maraqli olardi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top