Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

İlahiyyatçıdan münasibət

Share Button

Çünki ən azından içkiyə aludəçilik yaradır

Tanınmış ilahiyyatçı Elşad Miri Unikal.org-a mağazalarda satılan Hacı pivəsindən danışarkən belə deyib. O qeyd edib ki, bəzi ölkələrdə tərkibi 0.5 faiz olan içkilər spirtli içki sayılmır:
“Həcc ziyarətində olanlar bilirlər ki, orada həci pivəsi də, çaxırı da satılır. Həci pivəsini içən insanlardan soruşdum ki, içkinin öz dadını, effektini verirmi. Onlar da bu dadın sadəcə oxşadıldığını qeyd etdilər.
Misal üçün, əvvəllər kolbasaların hamısına donuz əti vururdular. Bu gün donuz əti qatılmadan müəyyən ədviyyatlarla  həmin dada oxşar kolbasa hazırlanır. Pivə də belədir. Eyni dadı vermir.
Bəzi ölkələrdə tərkibi 0.5 faiz olan içkilər spirtli içki sayılmır. Adi su, limonad kimi qəbul edilir.
Səudiyyə Ərəbisatanında bu göstərici “0” olmalıdır. Ona görə də dünyanın tanınmış brendləri bazara girmək üçün özlərinin lazım bildikləri şəkildə tərkibini “0” faiz edib pivəyə oxşadıb bazara təqdim edirlər. Bu insanları aldatmağın bir metodudur. Bunu içməsələr daha yaxşı olar. Çünki ən azından içkiyə alüdəçilik yaradır”.
 
Həsən Babayev

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir