Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İlahiyyatçıdan sosial media ilə bağlı açıqlama – Bir-biri ilə yazışan qadın və kişi…

“Günah sadəcə spirtli içki, qumar və zina deyil …”

Türkiyəli ilahiyyatçı Nihad Hatipoğlunun dində sosial medianın yeri ilə bağlı açıqlaması gündəm olub.

Din.az xəbər verir ki, ilahiyyatçı insanların sosial mediada etdiklərinin hesabını axirətdə verəcəklərini bildirib.

İlahiyyatçı günahın sadəcə spirtli içki, qumar və zina olmadığını, həmçinin, sosial media vasitəsilə insanların bir-birini ələ almaq istəyinin də günah sayıldığını bildirib:

“Axirətdə dodaq, dil, barmaqlar, hər hərf sorğulanacaq. Allah ağzımıza “sus” deyəcək, orqanlarımız danışacaq. Harama girməyin, yanlış xəbər paylaşmayın. Yalan xəbəri bəyənən hər insan axirətdə Allahın gözündən qaçmayacaq. Haqqında yanlış xəbər verilən məşhurlar, siyasətçilər, din adamları axirətdə haqq axtaracaqlar. Bir şeyi bəyənərkən 10 dəfə düşünün. Bir-birini bəyənən evli və ya subay qadın və kişilərin mesaj qutusundan özəl sözlər yazması çirkin hərəkətdir. Tək gecəlik münasibət qurmaq kimi təkliflər də haramdır. Cazibədar geyinən qadın və kişilərin bir-birinin fotosunu bəyənməsi doğru deyil. Bu, başqa duyğuların qabarmasına səbəb ola bilər”. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...