Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İlahiyyatçıdan xəbərdarlıq etdi: GÖZMUNCUĞU TAXMAQ HARAMDIR

İslamda insanlar yalnız Allahdan kömək gözləməyə dəvət edilir.

Köm. Dos. Dr. Əhməd Emin Seyhan gözmuncuğu (və ya dua yazılan kağız) taxaraq bundan şəfa gözləməyin dində yerinin olmadığını bildirdi.
“Məlum olduğu kimi Peyğəmbər (s) xəstələndikdə dərman və həkim yardımından başqa dua etmiş, onlara Uca Allaha necə dua edəcəklərini də öyrətmişdir.


Muhəmməd (s) şəfanın yalnız Uca Allahdan gözlənilməsini və Onunla əlaqənin heç zaman itirilməməsini tövsiyə etmiş, cahillik dövründə olduğu kimi bəzi xəstəliklərə tutulduğuna görə gözmuncuğu və bu kimi şeylər taxanlara isə belə xəbərdarlıq etmişdir:

Kim fayda verdiyinə və ya hər hansı zərərdən xilas etdiyinə inanaraq bəzi şeylər taxsa, o şəxs taxdığı şeylə baş-başa buraxılar.

Cahillik dövründə bəzi insanlar müxtəlif daşların uğur gətirdiyinə və xəstəlikləri yaxşılaşdırdığına inanırdılar. Peyğəmbərimiz insanları belə inancdan çəkindirmiş, onları yalnız Allaha ibadət etməyə, köməyi yalnız Ondan gözləməyə dəvət etmişdir.

Quranda buyurulur: “İnsan başına gələn çətinliklərdən xilas olmaq üçün Allah əvəzinə, nə zərəri, nə də faydası olan şeylərə (cansız əşyalara) yalvarıb-yaxarır. Ağlımıza gələn ən dəhşətli azğınlıq da budur”. (“Həcc” surəsi, 22/12)
Belə olduğu halda hələ də gözmuncuğu və buna bənzər şeylər taxmaq, bu ayənin ruhuna ziddir.
Biz öz vəzifəmizi yerinə yetirərək insanlara belə əməllərdən uzaq olmağı tövsiyə edirik. Hər insan öz etdiklərinin əvəzini verəcək. Biz isə yenə də cəmiyyətdə olan səhvləri vurğulamağa və həqiqəti axtaran səmimi möminlərə xəbərdarlıqlar etməyə davam edəcəyik.
Nəticədə, xəstəlikdən, nəzərdən və ya paxıl insanlardan qorunmaq üçün müxtəlif əşyalar taxmaq, qəti olaraq haramdır. Çünki bunları taxan insan sonradan onların müqəddəs olduğuna inanır ki, bu da Uca Allahla arasına vasitəçilər qoymaq, nəhayət, Allahdan uzaqlaşıb həmin əşyalara güvənərək onlardan kömək gözləmək deməkdir. / Din.az Türkiyə mətbuatına istinadən

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...