Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İLAHİYYATÇILAR BƏHAİ DİNİ HAQDA DANIŞDILAR – “İŞİD KİMİ BAŞKƏSƏN DEYİLLƏR”

Bəhai dininin tarixi Azərbaycan və azərbaycanlılarla sıx bağlıdır.

Bu gün Bakıda Bəhai dininin banisi Bəhaullahın anadan olmasının 200 illik yubileyi keçirilib.

Tədbirdə Bəhai dini ilə bağlı gələn qonaqlara məlumat verilib. Bildirilib ki, Bəhai dininin tarixi Azərbaycan və azərbaycanlılarla sıx bağlıdır. Bu din ölkəmizdə 170 illik tarixə malikdir. Bəhai dini təlimlərinə görə, insanın məqsədi Allahı, tək yaradanı, həqiqi dostu tanımaq və ona sevgi bəsləməkdir.

Din.az-ın xəbərinə əsasən, ilahiyyatçı Elşad Miri Metbuat.az-a açıqlamasında bildirib ki, bunlar İslamdan kənar, başqa bir din qrupudur.

“Təhlükəli hesab etmədiyimiz Buddistlər vardı. Hansı ki, bu gün Myanmada terror həyata keçirirlər. Qruplaşmanın içində olduğunuz zaman onun təhlükəli olduğunu bilmək olar. Kənardan yaxşı demək asandır. Amma araşdırmadan onun təhlükəli olub-olmadığını müəyyənləşdirmək olmaz”.

İlahiyyatçı Elşən Soltanzadə isə Metbuat.az-a açıqlamasında bildirib ki, bunlar İslam dini ilə əlaqəli bir qrup deyillər:

“İŞİD kimi başkəsənlər deyillər. Bu dində insan faktoru Allahın üzərinə keçir. İnsanın qeyri-adi xüsusiyyətləri, fantastik qüvvələri Allahın üzərinə keçir. Yəni, Allahdakı xüsusiyyətlər insanda görünür. Bu kimi qruplaşmalar din xadimlərinin insanları Allahdan, Qurandan uzaqlaşdırması nəticəsində yaranıb”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...