Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İLHAM ƏLİYEV: “BİZ MÜSƏLMAN ALƏMİNDƏ BİRİNCİ, AVROPADA İKİNCİYİK”

İ.Əliyev: “Bu gün ölkəmizdə sabitlik, inkişaf təmin olunur”.

“Biz müsəlman aləmində birinci, Avropada ikinciyik”.
Din.az “Report”a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev noyabrın 10-da Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.


Dövlət başçısı qeyd edib ki, sənaye istehsalı, iş yerlərinin, insanlar üçün şəraitin yaradılması, humanitar sahədəki fəaliyyətimiz – bütün bunlar hərtərəfli inkişaf deməkdir. Bu gün Azərbaycan cəmiyyəti bu inkişafdan bəhrələnir. Bu gün ölkəmizdə sabitlik, inkişaf təmin olunur. Biz bir çox önəmli layihələrə imza atdıq. Təkcə bu ilin hadisələrini sadalamaq kifayətdir ki, bizim energetika, nəqliyyat, dəmir yolu, idman sahələrində nə qədər uğurlarımız var. Bu il İslam Həmrəyliyi Oyunlarının keçirilməsi böyük hadisədir. Bu Oyunlarda əllidən çox ölkədən üç mindən artıq idmançı iştirak edirdi. Dördüncü İslam Həmrəyliyi Oyunlarını ən yüksək səviyyədə keçirmişik və idmançılarımız da bizi sevindiriblər, birinci yerə layiq görülüblər. Biz müsəlman aləmində birinci, Avropada ikinciyik”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...