Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İlk dəfə “Tövrat” orijinaldan Azərbaycan dilinə tərcümə edilib

“Tövrat”ın tərcüməsi şərqşünaslıq İnstitutunun elmi şurasının qərarı ilə çap olunub.

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov ilk dəfə “Tövrat”ı orijinaldan Azərbaycan dilinə tərcümə edib.

Din.az bildirir ki, Trend-ə İnstitutdan verilən məlumata görə, kitaba “Ön söz”ü Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin müəllimi, professor Nəsrulla Məmmədov və mərhum akademik Vasim Məmmədəliyev yazıblar. Yeni nəşrin məsləhətçisi Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının ravini Avraam Yakubov, rəyçisi BDU-nun Şərqşünaslıq fakültəsinin müəllimi, dosent Gülnarə Abdullayeva, redaktoru isə professor Nəsrulla Məmmədovdur. Kitab Şərqşünaslıq İnstitutunun elmi şurasının qərarı ilə çap olunub.

“Tövrat” dünyanın bir çox dillərinə tərcümə olunub. Lakin Azərbaycan dilində “Tövrat”ın ibri dilindən orijinal mətni ilə müqayisəli şəkildə tərcüməsi mövcud deyil. Gözləmək olar ki, akademik səviyyədə yerinə yetirilən bu tərcümədən sonra Azərbaycan şərqşünaslıq elmində yeni-yeni müqayisəli elmi mövzular və tədqiqat işləri meydana çıxacaq.

Qeyd edək ki, müqəddəs “Tövrat”ın tərcüməsinə mütərcim tərəfindən 2014-cü ildən başlanıb və 2019-cu ildə tamamlanıb. Tərcümə zamanı bir çox çətinliklərə baxmayaraq, Teymur Sadıqovun ibri, türk, ingilis, ərəb və rus dillərini mükəmməl bilməsi ona yəhudi dilinə aid təfsirlərə, şərhlərə və ümumilikdə bu mövzu ilə bağlı əsərlərə müraciət etməklə bu problemləri həll etmək imkanı verib. Burada məhz yəhudi alimlərinin, ravinlərinin və müdriklərinin fikirləri əsas tutulur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...