Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İlk ərəb kosmonavt səmaya uçub

H.əl-Mənsurinin olduğu heyət sabah Baykonur kosmodromundan yola düşüb.

İlk ərəb kosmonavt Beynəlxalq Kosmik Stansiyaya (BKS) uçuş həyata keçirib.

Din.az bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin ilk kosmonavtı Hazza əl-Mənsuri BKS-də səkkiz gün keçirəcək.

Sentyabrın 29-da isə stansiyada çalışan digər kosmonavtlar üçün ərəb mətbəxindən ziyafət veriləcək.

Qeyd edək ki, H.əl-Mənsurinin olduğu heyət sabah Baykonur kosmodromundan yola düşüb. Heyətdə rusiyalı Oleq Skripoçka və amerikalı Cessika Meir də yer alıb.

Hazırda BKS-də rusiyalı Aleksey Ovçinin və Aleksandr Skvortsov, amerikalı Nik Heyq, Kristina Kuk və Endrü Morqan, eləcə də italiyalı Luka Parmitano işləyir.  / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...