Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İmam Allahşükür Paşazadədən danışdı, camaat məscidi tərk etdi

“İmamın xütbəsi insanların etirazına səbəb oldu”.

“İlk dəfə idi ki, cümə namazında bu cür etiraz görürdüm. İnsanların səslərini yüksəltdiklərinə şahid oldum”.
Din.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu sözləri sosial şəbəkəsində dinşünas Elşad Miri paylaşıb.

O paylaşımda qeyd edib ki, camaat arasında Göy məscid kimi məşhur olan Əjdər bəy məscidində cümə namazını Hacı Bəhruz adlı imam qıldırıb. İmamın xütbə əsnasında sözü Allahşükür Paşazadənin ad günündən bəhs edərək onun nüfuzlu şəxs olmasından, 70 illiyi ilə əlaqəli müxtəlif konfransların keçirilməsindən bəhs etməsinə insanlar etiraz edib.

“Dindən danış” deyərək səsini yüksəldənlər etiraz əlaməti olaraq əl çalaraq imamın xütbənin mövzusunu dəyişməsini tələb ediblər. Hacı Bəhruzun sözlərinə davam etməsindən sonra bəzi insanlar məscidi tərk ediblər.

Elşad Miri illərdir cümə namazına gedən bir şəxs olaraq ilk dəfə idi ki, insanların bu cür reaksiyasına və etirazına şahid olurduğunu deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...