Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İMAM HÜSEYN MƏSCİDİNİN TƏMİRİNƏ BAŞLANILACAQ – 29 İL SONRA…

“Məscidin təmirinə sərmayə qoymaq Allah qarşısında böyük savabdır”.

Bu günlərdə Azərbaycanın qədim məscidlərindən biri olan İmam Hüseyn məscidinin təmirinə başlanacaq.

Din.az bildirir ki, bu haqda Moderator.az-a məscidin axundu, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül məlumat verib.

Onun sözlərinə görə, təmirin bütün maliyyə xərclərini Heydər Əliyev fondu üzərinə götürüb. Müvafiq dövlət qurumlarının hesablama işlərindən sonra 1988-ci ildən bəri bir dəfə də tam həcmdə təmir olunmamış, bu unikal arxitekturaya məxsus İslam ibadətgahında bərpa işlərinə başlanacaq. Hacı Əbdül məscid icması adından prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını və təşəkkürünü çatdırıb. “İslam tarixinin və dünyasının ən böyük simalarından birinin adını daşıyan belə bir məscidin təmirinə sərmayə qoymaq Allah qarşısında böyük savabdır” – deyə icma rəhbəri bildirib.

Xatırladaq ki, Yasamal rayonu Abdulla Şaiq və Süleyman Tağızadə küçələrinin kəsişməsində yerləşən İmam Hüseyn məscidi 1890-cı illərdə xeyriyyəçi Hacı Hacıbaba tərəfindən inşa olunmuşdur. 1920-ci ildə bolşevik çevrilişindən sonra məscid bir müddət bağlı qalmışdır. Lakin sonralar yenidən açılmış və Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra fəaliyyətini davam etdirmişdir. Məscid unikal memarlıq üslubuna malikdir. Hacı Əbdülün sözlərinə görə, dünyada yeganə olan bu üslubdan Heydər məscidinin tikintisində də istifadə edilmişdir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...