Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“İmam-Xətib liseylərini Fəthullah Gülən bağlatdırıb”

İmam-Xətiblərin bağlanması üçün Çillər və Yılmazla Fəthullah Gülənin şəxsən özü görüşüb

Keçmiş baş nazir Tansu Çillərin mətbuat müşaviri Mehmet Bican, “Fəthullah Gülən, İmam-Xətiblərin bağlanması üçün Tansu Çillər və Məsut Yılmazı razı salıb” deyib.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, paralel dövlət  qurulmasının lideri Fəthullah Gülənin fevralın 28-dən İmam-Xətib liseylərinin bağlanması üçün bir sıra işlər həyata keçirdiyi aşkarlanıb.

Bican: “İmam-Xətiblərin bağlanması üçün Çillər və Yılmazla Fəthullah Gülənin şəxsən özü görüşüb…”

Doğru Yol Partiyasının (DYP) keçmiş sədri Tansu Çillərin mətbuat katibi Mehmet Bican, Ankara 5-ci Ağır Cəza Məhkəməsində görülən 28 fevral iddiasında şahid olaraq ifadə verib. Mehmet Bican məhkəmədə 28 fevral tarixində hədəf alınan Refah – Yol Hökuməti dövründə Tansu Çillərin mətbuat katibliyini etdiyini bildirərək, “mən yaşadım. Fəthullah Gülən Tansu Çillər və Mesut Yılmazla şəxsən özü gəldi və görüşdü. Bu görüşmələrin əsas mövzusu 8 illik fasiləsiz təhsilin çıxmasının faydalı olacağı ilə bağlı onları razı salmaq idi” ifadələrini işlədib.

Tuna: İmam-Xətiblərin bağlanmasında Fəthullah Gülən vacib rol oynayıb…

Mehmet Bicanın şahid olaraq ifadəsi “Akit TV”də yayımlanan “Arka Plan” verilişində gündəmə gəlib. 28 fevral qurbanlarının vəkili Hüsnü Tuna, İmam-Xətiblərin bağlanmasında Fəthullah Gülənin vacib rol oynadığını söyləyib.

Hüsnü Tuna; Tansu Çillərin mətbuat katibi Mehmet Bicanın 28 fevral iddiasında şahidlik etdiyini və “mən yaşadım. Bu görüşlərin əsas mövzusu 8 illik fasiləsiz tədrisin çıxmasının faydalı olacağına dair onları razı salmaq idi”.

1997-ci ildən sonra İmam-Xətiblərin nəsli kəsildi  və Fəthullah Gülən nəsli ortaya çıxdı…

“Əsgərlərə hirslənirik. Əsgərə ağıl verən bu başa” ifadələri ilə Fəthullah Güləni tənqid edən Hüsnü Tuna, “İmam-Xətiblərinin bağlanmasından sonra nə oldu? Fəthullah Gülənin kollecləri və  İmam-Xətiblərin yerinə iqamə oldu. 1997-ci ildən sonra İmam-Xətib nəsli kəsildi və Fəthullah Gülən nəsli ortaya çıxdı. Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana, Əhməd Davudoğluna və AK partiyasına qəzəblənmələrini səbəblərindən biri də İmam-Xətib liseylərinin yenidən açılması, paralel kolleclərin öz təsir gücünü itirmiş olmasıdır” ifadələrini səsləndirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...