Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İmamın cümə mesajı sosial medianı qarışdırdı-FOTO

Çanaqqalanın Bayramiç mahalının Gedik kəndindəki imamı A.Y. özünə aid sosial media hesabı olan “Facebook”unda “Xeyirli cümələr. Cüməniz mübarək olsun! Cüməyə getməyən kişilər bacımsınız” paylaşaraq böyük səs-küy yaradıb. “Din.az”ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, imam A.Y. böyük reaksiyaya səbəb olan mesajını sildikdən sonra daha birini də yayımlayaraq üzr istəyib. Paylaşıma reaksiya verən vətəndaşların bəziləri yazılanlardan […]

Çanaqqalanın Bayramiç mahalının Gedik kəndindəki imamı A.Y. özünə aid sosial media hesabı olan “Facebook”unda “Xeyirli cümələr. Cüməniz mübarək olsun! Cüməyə getməyən kişilər bacımsınız” paylaşaraq böyük səs-küy yaradıb.

“Din.az”ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, imam A.Y. böyük reaksiyaya səbəb olan mesajını sildikdən sonra daha birini də yayımlayaraq üzr istəyib.

Paylaşıma reaksiya verən vətəndaşların bəziləri yazılanlardan təsirlənərək gələn cümə namazlarını Gedik kəndində qılmağa qərar verib. Lakin bəzi sosial media istifadəçiləri isə imama dəstək olub.

İmam A.Y. daha sonra yazdığı mesajını silib.

Vətəndaşların aldığı bu qərar qarşısında imam Y. feysbukunda başqa bir yazı paylaşıb: “Bu cümə günü bütün dostlarımızı Gedik Məscidində gözləyirəm. Camaatımız azacıq bol olsun”.

Üzr istədi…

İmam A.Y. reaksiyaya səbəb olan mesajını sildikdən sonra daha bir mesaj da yayımlayıb və üzr istəyib. İmam A.Y. bunları yazıb:

“Sosial media vasitəsi ilə Cümə günü yazmış olduğum mesaj həddini aşan bir paylaşım olmuşdur. Məqsədim kimsəni incitmək və ya təhqir etmək deyildi. Bu səbəbdən dini ayinləri yerinə yetirən bir şəxs olaraq etdiyim paylaşıma görə bütün təqibçilərimdən və ictimaiyyətdən üzr istəyirəm, hörmət edirəm”.

57f26b3f0f25444fd097223a

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...