Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İmamlarla keşişlər futbol oynadı: yəhudi idarə etdi, müsəlmanlar qazandı

İmamlarla keşişlər futbol sahəsində qarşılaşıb.

Almaniyanın Dortmund şəhərində müsəlman imamlarla xristian keşişlər arasında futbol matçı keçirilib.

Din.az xəbər verir ki, “Hoeşpark” stadionunda keçirilən qarşılaşmanı Dəyanət İşləri Türk İslam Birliyi (DİTİB), Protestant Kilsəsi və Dortmund Yəhudi Mədəniyyət Mərkəzi təşkil edib.

İmamlarla keşişlərin qarşılaşdığı matçı haham (yəhudi din xadimi) idarə edib. Qarşılaşma imamların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da onlar 13 ildir ardıcıl təşkil olunan turnirin qalibi olublar. / Qaynarinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...