Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

İMSAKA QALXAN MÜSƏLMANLAR YÜZLƏRLƏ İNSANIN HƏYATINI XİLAS ETDİLƏR

Müsəlmanlar sakinləri bədbəxt hadisədən xəbərdar etdilər.

Xəbər verdiyimiz kimi, İngiltərənin paytaxtı Londonun qərbindəki Latimer Rodda yerləşən 24 mərtəbəli Qrenfell Tauerdə baş verən yanğında 6 nəfər ölüb, 50 nəfər isə yaralanıb.

Din.az “Metbuat.az”a istinadən bildirir ki, yanğının nəticələri daha da ağır ola bilərmiş. Belə ki, yanğın yerli vaxtla saat 01:16-da baş verdiyindən, sakinləri çoxu yuxuda olub. Onlar həyəcan siqnalını eşitməkdə çətinlik çəkiblər. Ancaq oruc tutmaq üçün imsaka qalxan qonşu müsəlmanlar sakinləri hadisədən xəbərdar ediblər.

Bina sakinlərdən biri bu barədə “Independent”ə danışıb: “İnsanların binadan çıxarılmasında müsəlmanların böyük rolu oldu. Kömək edənlərin əksəriyyəti müsəlmanlar idilər. Həmçinin yemək və paltar da gətirdilər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...