Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İmtahan suallarını öncədən FETÖ üzvlərinə ötürən 12 şübhəli həbs edildi

FETÖ-ya qarşı mübarizə çərçivəsində haqqında həbs qərarı çıxarılan 30 şübhəlidən 12-si həbs edilib.

Türkiyə polisi FETÖ terror təşkilatına qarşı mübarizəni davam etdirir.

Din.az xəbər verir ki, FETÖ-ya qarşı mübarizə çərçivəsində haqqında həbs qərarı çıxarılan 30 şübhəlidən 12-si həbs edilib.

Məlumata görə, Türkiyə Baş Prokurorluğu 2009-cu ildə Polis Kollecinə qəbul üçün keçirilən imtahanın suallarının öncədən ələ keçirilərək FETÖ üzvlərinə paylanılması ilə bağlı apardığı araşdırma çərçivəsində 30 şübhəli haqqında həbs qərarı çıxarıb.

Şübhəlilərin yaxalanması məqsədilə bu səhər Ankara Polis İdarəsi tərəfindən eyni anda 14 bölgədə əməliyyat aparılıb. Nəticədə şübhəlilərdən 12-si həbs edilib.

Digər şübhəlilərin də axtarışları davam etdirilir. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...