Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İnanılmaz faktlar: Vəliəhd PKK-nın maliyyələşməsini üzərinə götürdü

Səudiyyəli nümayəndələr Suriyadakı PKK işğalında olan əraziləri ziyarət ediblər.

Səudiyyə-BƏƏ əməkdaşlığının Suriyada PKK terror qruplaşması ilə münasibətləri yeni mərhələyə qədəm qoyub.

Din.az xəbər verir ki, həftə ərzində bu ölkələrin nümayəndə heyətləri Suriyadakı PKK işğalında olan əraziləri ziyarət ediblər.

Nümayəndə heyətləri Haseke, Ayn əl-Arab, Menbiç, Tel Abyad və Rasul Aynı gəzərək Türkiyə sərhədində inşa ediləcək müşahidə nöqtələri barədə terrorçulardan məlumatlar alıblar. Körfəz heyəti ABŞ-ın yaradacağı məntəqələrin maliyyələşdirilməsini öz üzərinə götürüb. Bununla da BƏƏ və Səudiyyə sərhəddə “mühafizə dəstəsi” adı altında fəaliyyət göstərəcək terrorçuların maaş, qida və hərbi təchizat xərclərini təmin etməyə razılıq verib. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...