Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İNANILMAZ HADİSƏ – Şabranda xəstə “Cinçıxartma” adı ilə döyülərək öldürülüb

Psixi xəstəlikdən əziyyət çəkən şəxsi çubuqla vurmaqla qətlə yetirdilər.

Şabranda qətl törədilib.

Din.az “Report”a istinadən bildirir ki, Bakı şəhər sakini Murad Şahin oğlu Soltanovun üzərində xəsarətləri olan meyiti Şabran rayonunda kirayədə yaşadığı evdə aşkar edilib.

Araşdırmalarla müəyyən edilib ki, Şabran rayon sakinləri – Füzuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib Xəlilov, Əfqan Tarverdiyev və Cəmil Qayıbov əlbir olaraq psixi xəstəlikdən əziyyət çəkən Murad Soltanovu “cinçıxartma” adı ilə bədəninin müxtəlif nahiyələrinə çubuqla vuraraq xəsarətlər yetiriblər.

M.Soltanov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Şabran rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...