Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İncildə İsa peyğəmbərin 4 qardaş-bacısından bəhs olunur…

Yeni Əhid, yəni İncil isə İsanın bacısını və qardaşlarının olması barədə məlumat verir.

Quranda İsa peyğəmbərin bacısı və ya qardaşı olması barədə heç bir məlumat yoxdur. Yeni Əhid, yəni İncil isə İsanın bacısını və qardaşlarının olması barədə məlumat verir. Bu məlumata əsasən İsa bir tövlədə doğulub. Daha sonra, Məryəm və Yusif onu Tanrıya həsr etmək məqsədilə Qüdsə aparırlar. Hər yeni dünyaya gəlmiş yəhudi kimi, həyatının səkkizinci günündə İsa sünnət edilir və ona adı verilir. Bu ad, o hələ anasının bətninə düşmədən qabaq bir mələyin verdiyi addır, yəni onun adı Tanrı tərəfindən qoyulmuşdur. (Luka 2:15-24)

Matta, Mark, Luka və Yəhya İncillərində də İsanın uşaqlıq illəri barədə çox az məlumat var. Bu məlumatların arasında ən çox diqqəti cəlb edəni Luka 2-nin son qismində verilir. İsa 12 yaşına çatanda Pesah Bayramını qeyd etmək üçün anası Məryəm və Yusuf ilə birlikdə Qüdsə gedir. Bayramdan sonra, evə qayıdarkən İsa Qüdsdə qalır. Ailəsi İsanı axtarır və onu məbəddə din adamları ilə sual-cavab edərkən tapırlar. Məbəddəki din adamları İsanın zəkasına və verdiyi cavablara heyran olurlar. Daha sonra İsa ailəsiylə birgə Nasıraya qayıdır.

Mark İncilinə 6:3-ə görə isə İsanın Yaqub, Yahuda və Simon adlı 4 qardaşı və bacıları olub. Xristianlar arasında bu insanlarin İsanın həqiqi qardaşları olduğunu söyləyənlər olduğu kimi, onların onun əmi uşaqları və ya dayı uşaqları, ya da mənəvi bacı-qardaşları olduğunu deyənlər də var.

İsa o dövrdə Arami dilində danışır və ətrafında yunan dilində danışıldığı üçün bu dili də başa düşdüyü təxmin olunur. Onun Beytlehemdə anadan olmasına rəğmən Nasıralı İsa olaraq adlandırılmasının səbəbi isə uşaqlığının Nasırada keçməsi olub.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...