Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İncili Quran adı ilə küçədə insanlara oxudular – Verilən dəhşətli reaksiyalar/VİDEO

Sorğuda iştirak edənlərin reaksiyaları dəhşətə düşmələri oldu.

Hollandiyada qeyri-adi bir sosial eksperiment reallaşdırılıb.

İki gənc şəhərdə insanlara xristianların dini kitabı olan İncildən kəlmələr oxuyurlar. Lakin insanlara bu sətirlərin Quranda yazıldığını söyləyirlər. Onlar insanların reaksiyalarını öyrənmək üçün İncildən sətirləri Quran ayələri kimi təqdim edirlər.

“Əmrlərimə qarşı gələrək onlara əməl etməsəniz, oğlunuzun və qızınızın ətini yeyəcəksiniz.”

“Qadının öyrətməsinə icazə vermirəm. Qadının əlini kəsin və onu əfv etməyin!”

“İki insan zina edərsə, onların öldürülməsi vacibdir”

Sorğuda iştirak edənlərin reaksiyaları dəhşətə düşmələridir. Onlar o kitabda bütün bunların yazıldığını bilmədiklərini deyirlər. Respondentin biri isə daha da irəli gedərək belə bir dinə insanların necə inandıqlarına təəccüblənir.

Daha sonra isə onlara belə sual verilir ki, əgər uşaqlıqdan belə bir kitabla böyüdülsəydiniz halınız necə olardı? Daha sonra İncillə müqayisə ediblər. Sorğuda iştirak edənlər bildiriblər ki, İncil sərt yazılmayıb və mülayimdir. Videonun sonunda hər kəsə əslində oxunan sətirlərin Qurandan deyil, İncildən olduğu açıqlananda informasiyanın yoxluğunun və təbliğatın yanlış istiqamətdə aparılmasının insanları nə vəziyyətə saldığı aşkarlanır. İslamınSesi həmin görüntüləri sizə təqdim edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...