Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“İndi İslam dünyasımı var?” – Nobel mükafatçısına cavab

Dünən Türkiyənin Yıldız Texniki Universitetinin Mədəniyyət Mərkəzində Türkiyə Zəkalılar Dərnəyinin keçirdiyi bir tədbirdə Nobel mükafatlı türk alim Aziz Sancar maraqlı fikirləri ilə gündəmə öz damğasını vurub. Alimin çıxışı zamanı qalmaqal yaradan fikirlərini qısa olaraq təqdim edirik: “Əvvəlcə bu tədbirə gəlmək istəmirdim. Bu tədbirə görə yox, heç bir yerə getmək istəmirəm. Amma gələndə çox sevindim. Mənim […]

Dünən Türkiyənin Yıldız Texniki Universitetinin Mədəniyyət Mərkəzində Türkiyə Zəkalılar Dərnəyinin keçirdiyi bir tədbirdə Nobel mükafatlı türk alim Aziz Sancar maraqlı fikirləri ilə gündəmə öz damğasını vurub.

Alimin çıxışı zamanı qalmaqal yaradan fikirlərini qısa olaraq təqdim edirik:

“Əvvəlcə bu tədbirə gəlmək istəmirdim. Bu tədbirə görə yox, heç bir yerə getmək istəmirəm. Amma gələndə çox sevindim. Mənim də bir az qatqım olsun dedim. Elm yapmalıyıq. İnsanlığın elm xəzinəsinə qatılmalıyıq. Niyə etmirik? Yalnız Türkiyə deyil, bütün İslam dünyası son 500 ildə doğru-dürüst elmə töhfə verməyib. Bu, həqiqətdir. Bunu düzəltməliyik.”
1464078311_43Türkiyədə yaşayıb işləyən görkəmli Azərbaycan alimi Səlahəddin Xəlil açıqlamasında qısaca olaraq Nobel mükafatçısının bu fikirlərini şərh edib:

“Böyük şəxsiyyətlər belədi: Bir cümlədə iki yanlış deyirlər, nəticəsi yenə doğru alınır.

1-ci yanlış:

Tək-tək böyük alimlərimiz olub, yenə də var – ən azından müsəlman Nobelçilər: Aziz Səncərin özü, Abdus Salam (1979 – fizika), Ahmed Hassan Zewail (1999 – kimya) və neçə-neçə onlardan geri qalmayan Zadə-lər, Sinanoğlular və s. Dünya elminin inkişafına bizimkilərin də böyük qatqıları olub. Lakin bütün bu alimlər özləri müsəlman olsalar da, Qərb elmi mühitində yetişiblər.

2-ci yanlış: “İslam dünyası…”.

Ya-a indi İslam dünyasımı var? Bir-birinə düşmən, bir-birini qıran ölkələr, xalqlar – onların bir tam olaraq təşkilatlanmağa, rahat nəfəs alıb elmi mühit yaratmağa, hansısa sahədə elmi məktəb qurmağa nə vaxt siyasi fəhmləri çatıb və ya macalları olub ki? Son 500 il məhz İslam dünyasının tədricən dağıldığı zaman kəsiyidir ki, biz indi onun kulminasiyasını yaşayırıq.

Doğru nəticə: 

Son 500 ildə İslam dünyasında alimlər yetişməyib. Ona görə yox ki, istedadlı şəxslər, alimlər olmayıb, ona görə ki, “İslam dünyası” və ona məxsus yüksək səviyyəli bir elmi mühit olmayıb”. (moderator.az)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...