Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“İndi qaldı milli qəhrəmanımız Nuri Paşa məsələsini həll etmək…”

“Bu böyük türk əsgərinə haqqı çatan dəyərin verilməsidir.”

Bakının işğaldan azad olunmasının 100 illiyində, yəni 15 sentyabrda hərbi parad keçirilməsi möhtəşəm bir qərardır, nəhayət ki, bu mövzuda buzların sınmasıdır, böyük türk əsgərinə haqqı çatan dəyərin verilməsidir.
Biz öncə düşünürdük ki, bu il də məsələyə laqeyd yanaşılacaq, ancaq sevindiricidir ki, belə bir qərar qəbul edildi. Unutmayaq, Azərbaycanı, Bakını Azərbaycan əsgəri ilə birlikdə türk əsgəri xilas edib, burada mindən artıq şəhid veriblər, erməni vandallarından qisasımızı alıblar. Onların ruhu qarşısında biz də Azərbaycan dövləti olaraq, millət olaraq borcumuzu hər zaman xatırlamalıyıq, şükranlığımızı ortaya qoymalıyıq. 15 sentyabrda hər birimiz fərdi qaydada da olsa, Şəhidlikdəki türk əsgərinin məzar-abidəsini ziyarət etsək yaxşı olardı. İndi qaldı milli qəhrəmanımız Nuri Paşanın adının məhz Azərbaycanda əbədiləşdirilməsi məsələsini həll etmək, inanıram ki, bu hadisənin də yaxın zamanlarda şahidi olacağıq. / Moderator.az

Fazil Mustafa, Millət vəkili

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...