Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İndiyə qədər 835 dini qurum dövlət qeydiyyatından keçib

26 dini quruma qeydiyyat şəhadətnamələri təqdim edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınan bir qrup dini icmaya şəhadətnamələr təqdim edilib.

Din.az-ın bildirdiyinə görə DQİDK-dən Trend-ə verilən məlumata görə, bu məqsədlə təşkil edilən tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

Tədbirdə 26 dini quruma qeydiyyat şəhadətnamələri təqdim edilib.

Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 835 dini qurum dövlət qeydiyyatından keçib. Konfessional baxımdan onların 804-ü İslam, 31-i isə qeyri-islam (Xristian – 20; Yəhudi – 8; Krişna – 1; Bəhai – 2) təmayüllüdür.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...