Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İndoneziyada fələstinli mühəndis qətlə yetirildi – əsas şübhəli Mossad – FOTO

Naməlum şəxslər fəlsətinli mühəndis Basim Fəadi Əl-Bataşı qətlə yetirdilər.

“İslami Cihad” Mossad – İsrail Xarici Kəşfiyyatını törədilmiş sui-qəsddə ittiham edib.

Din.az bildirir ki, Fələstin mediasına istinadən xəbər verir ki, şənbə günü səhər saatlarında Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində naməlum şəxslər fəlsətinli mühəndis Basim Fəadi Əl-Bataşa odlu silahdan atəş açaraq qətlə yetiriblər. Məlumata görə, ona iki nəfər atəş açıb.

Qəzzadakı “İslami Cihad” təşkilatının rəsmisi Xalid əl-Bataş hücumun Mossad tərəfindən həyata keçirildiyini bildirib. O Malayziya hökümətindən bu hücumu tez bir zamanda araşdırılmasını və Mossada bağlı agentlərin tutulmasını istəyib.

Məlumata görə, 35 yaşlı fəlsətinli mühəndis Basim Fəadi Əl-Bataş Kuala-Lumpur şəhərinin universitetlərindən birində müəllim işləyirmiş. Evinin yanındakı məscidə sübh namazı qılmaq üçün gedən Basim saat 6-da açılan atəşlə qətlə yetiriblər.

Polis sui-qəsdi həyata keçirənlər tapılması üçün əməliyyat istintaq tədbirləri həyata keçirir.

İsrail mediası isə Basim Fəadi Əl-Bataşın Qəzzanın energetika sahəsində ciddi addımlar atdığını və İsrailin embarqosuna baxmayaraq elektrik enerjisi sahəsində fəaliyyət göstərdiyini yazıblar.

Elektrik-mühəndis kimi İndoneziyada yüksək ikinci ali təhsil alan Basim Fəadi Əl-Bataş daha sonra Kuala-Lumpur şəhərinin universitetlərindən birində müəllim işləməsi üçün dəvət alır. İsrail mediası həmçinin Basim Fəadi Əl-Bataşın HƏMAS və “İslami Cihad”a simpatiyası olduğunu da qeyd edirlər.

Qeyd:

İsrail mediasının yaydığı Mossad-ın bəzi sui-qəsd və terror siyahısı:

İyul 1972- Livan. Həsən Fazey Kanafani – “FXC”lideri öldürülüb.

Oktyabr 1972 – İtaliya. Əbdül Vail Zuayter “Fələstin Azadlıq Təşkilatı”nın Romadakı təmsiçisi öldürülüb.

Yanvar 1973 – Fransa. Bazil Qubayşi “Fələstin Azadlıq Təşkilatı”nın rəsmisi öldürülüb.

Yanvar 1973 – Fransa. “Fələstin Azadlıq Təşkilatı”nın təmsilçisi Mahmud Hamşari öldürülüb

Yanvar 1973 – Kipr. Huseyn Əbul-Hair – fələstinli tanınmış şəxs öldürülüb.

Aprel 1973 – Livan. “Fələstin Azadlıq Təşkilatı”nın 3 lideri; Yusuf Nacar, Kamal Aduan və Kamal Nasir öldürülüblər.

Aprel 1973 – Kipr. Musa Əbu Zeyd – FAT təmsilçisi

1973 – Norveç. Əli Həsən Salameyə qarşı uğursuz sui-qəsd

1973 – Fransa. Muhammad Budia fələstinli komandir öldürülüb.

1979 – Livan. Əli həsən Salamey öldürülüb.

İyul 1979 – Fransa. Zuxeyr Muhsin FXC-nin üzvü öldürülüb.

Aprel 1988 – Tunis. Ərəfatın müavini Xəlil Əl-Vəzir öldürülüb.

Fevral 1992- Livan. “Hizbullah” lideri Seyid Abbad Musəviyə qarşı sui-qəsd.

Oktyabr 1995 – Malta. “İslami Cihad” lideri Fəthi Şikakiyə qarşı sui -qəsd.

Yanvar 1996 – Qəzza. HƏMAS-ın tanınmış mühəndisi Yəhya Ayaş öldürülüb.

Sentyabr 1997 – İordaniya. HƏMAS lidei Xalid Məşələ qarşı uğursuz sui-qəsd.

İyul 2001 – Şxem HƏMAS rəsmisi Salah Dərvaz öldürülüb.

İyul 2001- Şxem. HƏMAS üzvü Camal Mansur öldürülüb.

Avqust 2001- Ramalla. Fələstin Azadlıq Cəbhəsinin lideri Əbu Əli Mustafa öldürülüb.

Noyabr 2001. Şxem. İzzəddin Əl Qəssam-ın lideri Mahmud Əbu Hanud öldürülüb.

Yanvar 2002- Tul-karim. “Əl Əqsa” briqadasının lideri Rayed Karmi öldürülüb.

İyul 2002- Qəzza. HƏMAS rəsmisi Salah Şəhadə.

Sentyabr 2002 – Qəzza. HƏMAS rəsmisi Məhəmməd Deyfə qarşı uğursuz sui – qəsd

Noyabr 2002 – Cənin. “İslammi Cihad” rəsmisi İyad Savalha öldürülüb.

2003 – HƏMAS-a 4 sui-qəsd- ikisi uğursuz.

Mart 2004 – Qəzza. HƏMASın ruhani lideri Şeyx Əhməd Yasinə qarşı sui-qəsd.

Aprel 2004. Qəzza. HƏMAS-ın lideri Əbdülzəziz Rantisi öldürülüb.

Sentyabr 2004 – Dəməşq. HƏMAS-ın ideoloqu Şeyx İzzəddin Sübhi Əl Xəlilə qarşı sui-qəsd.

Dekabr 2005- Qəzza. “Xalq müqavimət komitə”sinin lideri Məhəmməd Ərkab öldürülüb.

2006- Qəzzada “Xalq Müqavimət komitəsi”nin lideri Xəlil Əl Kuka öldürülüb. İmad Azaliyə yenə bu “XMK” üzvü Qəzzada öldürülüb.

2006-da yuxarıdakı yazdığımızdan əlavə 3 fəlsətin müqavimət liderləri Dahduh, Səmxadan və Məhəmməd Deyf öldürülüblər.

Yanvar 2009 – Qəzzada bir din xadimi öldürülüb. Nizar Rayan HƏMAS-ı müdafiə etdiyi üçün hədəfə alınıb.

Yanvar 2009 – Qəzza. HƏMAS-ın DİN-nin rəhbəri Said Siyam öldürülüb.

May 2009 – Hevron. HƏMAS rəsmisi Əbdül Məcid Dudun 14 ildən sonra öldürülüb.

Yanvar 2010 – Dubay. HƏMAS rəsmisi Mahmud əl Mabhuh öldürülüb.

İyul 2010 – Qəzza. HƏMAS rəsmisi İsa Bətran öldürülüb.

Avqust 2011. Qəzza “Xalq Müqavimət Komitə”lərinin baş katibi Kamal Neyrab öldürülüb.

Mart 2012. Qəzza. “Xalq Müqavimət Komitə”lərinin baş katibi Züheyr Qeysi öldürülüb.

Noyabr 2012. Qəzza. “İzzəddin Əl Qəssam”ın baş katibi Əhməd Cabiri öldürülüb.

Avqust 2014. Qəzza. HƏMAS komandirləri Rəəd Əl Atar, Məhəmməd Əbu Şamle və Məhəmməd Bərhum öldürülüb.

Fevral. 2016. Sofiya. Fələstinli lider Ömər Naif Həsən Zaid öldürülüb.

Dekabr 2016. Tunis. HƏMAS-ın mühəndis və təyyarələrlə bağlı mütəxəssisi Məhəmməd Əz-Zauari öldürülüb.

Qeyd edək ki, İsrailin Mossad xüsusi xidmət orqanı “Hizbullah” lideri İmad Muğniyə və oğlu Cihad Muğniyəyə qarşı törədilən hücumları qəbul etmədiyindən, siyahıya salmayıb. Lakin Livan Hizbullahı hər iki hücumda İsrailin əli olduğunu bildirir.

Onu da qeyd edək ki, İsrailin hücumları zamanı çox sayda mülkü vətəndaş da qətlə yetirilmişdir. / İslamazeri.com

Həmçinin oxuya bilərsiniz: Kitab yazıldı; “…İsrail tərəfindən həyata keçirilən gizli sui-qəsdlərin hekayəsi”

http://www.islamazeri.com/kitab-yazildi-israil-terefinden-heyata-kecirilen-gizli-sui-qesdlerin-hekayesi-trafli–22919.html

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...