Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İndoneziyalı turistlər üçün xüsusi paketlər hazırlana bilər

Azərbaycan və İndoneziya arasında birbaşa aviareyslər açıla bilər.

Azərbaycanla İndoneziya arasında İndoneziyadan ölkəmizə gələn turistlərlə bağlı xüsusi turizm paketlərinin hazırlanması məsələsi müzakirə olunub.

Din.az bildirir ki, Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bu məsələ nazir Əbülfəs Qarayevin İndoneziyanın xarici işlər nazirinin müavini Abdurrahman Mohammad Fachirlə görüşü zamanı müzakirə edilb.

Görüşdə Azərbaycan və İndoneziya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, o cümlədən müvafiq hüquqi-baza, hər iki ölkədə keçirilən tədbirlərdə qarşılıqlı iştirak, turist mübadiləsi və birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, iki ölkə arasında mədəniyyət və turizm sferaları üzrə əlaqələrin genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, İndoneziya mədəniyyətinin təbliği istiqamətində ölkəmizdə keçirilən mədəniyyət tədbirləri, o cümlədən İndoneziyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə artıq iki dəfə Bakıda təşkil olunan İndoneziya Mədəniyyət Festivalı müsbət töhfə verməkdədir.

Görüşdə həmçinin Azərbaycan və İndoneziya arasında birbaşa aviareyslərin açılması və ya müqəddəs yerlərin ziyarəti məqsədilə İndoneziyadan gələn turistlər üçün ölkəmizə səfərlə bağlı xüsusi turizm paketlərinin hazırlanması məsələsi müzakirə olunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...