Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İndoneziyalılara Ümrə ziyarətinə Azərbaycandan getmək təklif olunub

Turpaketlər siyahısına Ümrə ziyarət paketləri də əlavə edilə bilər.

İndoneziyalı turistlərin Azərbaycana cəlb edilməsi üçün onlara təqdim edilən turpaketlər siyahısına Ümrə ziyarət paketlərinin də əlavə edilməsi təklif olunub.

Din.az bildirir ki, Dövlət Turizm Agentliyindən APA-ya verilən məlumata görə, bu barədə oktyabrın 8-də İndoneziyanın Azərbaycandakı səfirliyində Dövlət Turizm Agentliyinin və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən videokörpüdə deyilib.

Videokörpüdə indoneziyalı turistlərin Azərbaycan və onun görməli yerləri haqqında daha geniş məlumatlandırılması məqsədilə İndoneziyanın turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili də müzakirə olunub.

Videokörpüdə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu ilə yanaşı, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Hotellər Assosiasiyası və Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, qarşı tərəfdən isə İndoneziyanın Turizm Nazirliyinin, Dini İşlər və Xarici İşlər Nazirliyinin nümayəndələri iştirak ediblər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...