Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İngilis mediasında qalmaqallı İDDİA: “Kraliça Yelizaveta Hz. Muhammədin nəslindəndir”

“Burke`s Peerage” quruluşu ortaya maraqlı xəbər atıb.

İngiltərə mediası Kraliça Yelizavetanın soy-kökünün Hz.Muhammədin nəslindən gəldiyini iddia edib.

Din.az xəbər verir ki, “İngiltərə kraliçası Yelizaveta Hz.Muhammədin nəslindəndir” iddiasını ölkənin “Daily Mail” qəzeti yazıb.

Qəzetin gündəmə gətirdiyi iddia İngiltərə hakimiyyət quruluşu “Burke`s Peerage” tərəfindən ortaya atılıb. İddiaya görə, Yelizaveta  Aleksandra Meri, yəni Kraliça Yelizavetanın soy-kökü 43 nəsil geriyə gedəndə Hz.Muhamməd (s) nəslindəndir.

Nəsil araşdırmaçıların 1986-cı ildə kəşf etdiyi məlumatlar gün üzünə çıxarılıb. İddianın qaynağının nə dərəcədə etibarlı olduğu isə müzakirə edilir.

II Yelizavetanın qan kökünün XIV əsrə aid “Earl of Cambridge”, İspaniya müsəlmanlarına və Hz.Fatiməyə gedib çıxdığı deyilir. Tarixçilər arasında mübahisəli olan məsələ soy-kökə aid olan dəlillərin İspaniyanın erkən orta əsrlərinə qədər gedib çıxmasıdır.

“Burke`s Peerage”in araşdırmasına görə, kraliçanın kökü müsəlman bir şahzadə olan Zaidaya gedib çıxır. Zaida isə xristianlıq dininə keçməzdən əvvəl XI əsrdə ata yurdu olan Sevilleni tərk edib. Zaida Seville Kralı Al-Mutamid ibn Abbadın 4-cü arvadı olub. Kraldan bir oğlan övladı dünyaya gətirən Zaidanın oğlu Sançonun soy-kökündən gələnlərdən birinin isə XI əsrdə Kembridcdə evləndiyi bildirilir.

 

Salmanın ziyarətindən sonra ortaya çıxdı…

Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Salmanın İngiltərəni ziyarət etməsindən və imzalanan milyard dollarlıq müqavilələrdən sonra bu iddiaların ortaya çıxarılması “ingilislər səudiyyəlilərdən daha çox pul almağa çalışır” dedi-qodularının yaranmasına səbəb olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...