Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İngilis qızdan sevdiyi müsəlman oğlan üçün inanılmaz fədakarlıq

Ceyn adlı ingilis xanım Nurillohon adlı müsəlman kişi ilə ailə qurub.

Cütlük xaricdə tanış olub.

Din.az bildirir ki, Böyük Britaniyadan olan qadının sevgisi uğrunda atdığı addım eşidənləri valeh edir.

Belə ki, Ceyn adlı ingilis xanım Nurillohon adlı müsəlman kişi ilə ailə həyatı quraraq, Özbəkistanın Eşonquzar kəndinə köçüblər.

Cütlük xaricdə tanış olub. Qısa zamanda da ailə həyatı qurublar.

Maraqlıdır ki, nə bəyin, nə də gəlinin valideynləri bu cür beynəlmiləl nigaha qarşı çıxıb, əksinə, onlar övladlarının seçimini dəstəkləyiblər.

Özbəkistana köçən Ceyn böyük həvəslə yerli adət-ənənəni öyrənərək, onlara uyğun yaşamağa başlayıb.

Yerli sakinlərin sözlərinə görə, xarici gəlin yaxşı evdar xanım, mehiban, mədəni və savadlıdır. Heç kəs ona “özgə”, “yad” gözü ilə baxmır. Bəyin valideynləri isə gəlinlərini “Cənnət” çağırırlar. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...