Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İNGİLTƏRƏ “QƏHRƏMAN İMAM”DAN DANIŞIR – VİDEO

“Bəlkə də bu sözlərlə cəmiyyəti, bu gözəl şəhəri bölmək və müsəlman cəmiyyətini “şeytani” göstərmək istəyirdilər”.

Londondakı məsciddən çıxan müsəlmanlara maşınla təşkil edilən hücumdan sonra cinayətkarı linç edilməkdən məscidin imamının qoruduğu ortaya çıxıb.

Şahidlərin dediyinə görə, məscidin imamı Məhəmməd Mahmud sürücünü mühasirəyə alan kütləni sakitləşdirib və təcavüzkarın linç edilməsinə mane olub.

Din.az “Milli.Az”a istinadən xəbər verir ki, İngiltərə mətbuatı tərəfindən “qəhrəman imam” olaraq təqdim edilən Məhəmməd Mahmud isə verdiyi açıqlamada tək başına hərəkət etmədiyini deyib və “Başqa sakit olan və insanları sakitləşdirməyə çalışan qardaşlarım da var idi. Bir qəzəb dalğasının olmağına mane olmağa çalışdıq” ifadələrini işlədib.

Cinayətkarın “məni öldürün” şəklindəki sözlərindən qorxduğunu söyləyən Məhəmməd Mahmud “Bəlkə də bu sözlərlə cəmiyyəti, bu gözəl şəhəri bölmək və müsəlman cəmiyyətini “şeytani” göstərmək istəyirdilər” deyib.

Xatırladaq ki, Londonun şimalındakı Finsbury Park Məscidi yaxınlığında baş verən hücum nəticəsində bir nəfər ölüb, 10 adam isə yaralanmışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...