Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İngiltərə Şahzadəsinin həyat yoldaşı müsəlman qadınlarla MƏTBƏXDƏ – FOTO

Meqan Markl müsəlman qadınlarla birlikdə yemək bişirib.

İngiltərə Şahzadəsi Harri ilə evli olan Susseks hersoginyası Meqan Markl müsəlman qadınlarla birlikdə yemək bişirib.

Din.az xəbər verir ki, Meqan 14 iyun 2017-ci ildə Londonda “Grenfell Tower”də baş vermiş yanğında ölən 72 nəfərin ailələrinə dəstək üçün müsəlman qadınlarla birlikdə nahar hazırlayıb.

Məlum olub ki, Şahzadə xanımı yanvar ayından etibarən Müsəlman Cəmiyyətin evinə bir neçə dəfə gizlicə gedərək “Grenfell Tower” üçün hazırlanan yemək kitabına şəxsən öz töhfələrini verib. Meqan Markl kitabın müqəddiməsində cəmiyyətin yeməkxanasını “Hubb Community Kitchen – birlikdə gülən, kədərlənən, ağlayan və yemək bişirən qadınların yeridir. Burada mədəni milliyyət bir damın altında birləşir və hər kəsin özünü rahat hiss edə biləcəyi guşə yaradılır. “Hubb Community Kitchen”-də hamı birləşməyə və ünsiyyətə ümumi ehtiyacı hiss edir, həmçinin birlikdə yemək hazırlama prosesində sevincləri və uğursuzluqları bir-biri ilə paylaşmağı öyrənirlər”.

Hazırlanan yemək kitabı yanğın qurbanlarının ailələrinə dəstək vermək üçün nəşr olunub. Könüllülərin hazırladığı kitabın adı “Together: Our Community Cookbook” (Birlikdə: İcmamızın Yemək kitabı” adlanır. Cümə günü satışa çıxarılacaq kitabın satış qiyməti 9,99 Funt Sterlinq olacaq. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...