Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İngiltərədə 4 məscidə silahlı basqın edilib

Polis müxtəlif yerlərdə bir neçə ibadət yerinin də basqına uğradığını aşkarlayıb.

İngiltərənin Birmingham şəhərində 4 məscidə basqın edilib.

Din.az xəbər verir ki, İngiltərə polisindən verilən məlumata görə, bir şəxs gecə saatlarında məscidin pəncərələrini balta ilə qırıb.

Bu hadisədən 42 dəqiqə sonra başqa bir məsciddə də bənzər hadisə baş verdiyi məlumatı yayılıb.

Şəhərdəki digər məscidləri gəzən polis daha 2 ayrı ibadət yerinin də basqına uğradığı aşkarlayıb.

Polis basqınların bir-biri ilə bağlı olduğunu, olay yerlərindən dəlillərin toplandığını və təhlükəsizlik kamerası görüntülərinin incələndiyini açıqlayıb.

Polis şefi Deyv Tompson jurnalistlərə açıqlamasında qeyd edib ki, Yeni Zelandiya basqının ardından bölgədəki məscid, kilsə və digər ibadət yerlərinə dəstək vermək üçün ərazidə olan əhali ilə yaxından çalışırlar.

Tompson məscidlərə edilən basqınların dəqiq səbəbinin bilinmədiyini açıqlayıb.

Qeyd edib ki, polis və terrorla mübarizə birliyi günahkarların tapılması üçün tədbirlər görürlər. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...