"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

İngiltərədə avtobusların üzərində “SubhanAllah” yazılacaq

Share Button

İngiltərədəki müsəlmanların Ramazan ayında yardım təşkilatlarına 100 milyon funt-sterlinqdən artıq pul bağışladığını bildirib.

İngiltərənin paytaxtı Londonun rəmzlərindən sayılan qırmızı, ikimərtəbəli avtobuslarının üzərində “Subhanəllah” yazılı elanlar yerləşdiriləcək.

Din.az Anadolu-ya istinadən xəbər verir ki, “İslamic Relief” beynəlxalq humanitar yardım təşkilatı mübarək Ramazan ayı ərzində Suriyadakı qarşıdurmalardan əziyyət çəkənlərə kampaniyayla yardım toplanacağını bildirib.

“İslamic Relief”in İngiltərə filialının direktoru İmran Madden belə bir açıqlama ilə çıxış edib: “Bu bir mənada iqlimi dəyişdirmə kampaniyası olacaq. Çünki beynəlxalq yardım və bu ölkədəki müsəlman cəmiyyətinin ətrafındakı mənfi ab-havanı dəyişdirmək istəyirik”.

Beynəlxalq yardımın son 15 ildə həddindən artıq yoxsul şəraitdə yaşayanların sayını yarıya qədər azaltmasına səbəb olduğunu deyən Madden, İngiltərədəki müsəlmanların Ramazan ayında yardım təşkilatlarına 100 milyon funt-sterlinqdən artıq pul bağışladığını bildirib.

Londonla yanaşı Birminqem, Mançester, Leiçester və Bredbord şəhərlərindəki avtobuslarda da bu ayın sonundan etibarən bu posterlər yerləşdiriləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir