Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İngiltərədə iki məscid tarixi abidələr siyahısına daxil edildi

Londonda yerləşən “Fəzl” məscidi …

Böyük Britaniya hökuməti İngiltərədəki iki məscidin Milli Tarix və Miras Abidələrinin siyahısına daxil edib.

Din.az xəbər verir ki, onlar Londonda yerləşən Mərkəzi məscid və “Fəzl” məscididir.

Məlumat üçün bildirək ki, London Mərkəzi məscidinin inşası 1940-cı ildə Uinston Çörçill hökumətinin təklifi ilə başlayıb, 1977-ci ildə istifadəyə verilib.

Şəhərdəki ilk məscid olan “Fəzl” məscidi isə 1924-cü ildə tikilib.

Bundan sonra həmin məscidlər tarixi abidə kimi də qorunacaq. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...