Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İngiltərədə müsəlman immiqrantlara təcavüz artıb

“Evinizə geri qayıdın…”

İngiltərə Avropa Birliyindən ayrılma qərarı verdikdən sonra ölkədə immiqrantları hədəf alan təcavüz hadisələrinin sayı gün keçdikcə daha da artır.

“Din.az” “Accociated Prees”ə istinadən xəbər verir ki, ötən gün üzərində “ölkənizə geri qayıdın!” yazılı köynəklər geyinən bir qrup ingilis kişilər, parlament binasının və “Big Ben” saat qülləsinin yanında gördükləri türk əsilli ailəyə çığırmağa başlayıb. Söz hücumuna məruz qalan ailə üzvlərindən Adalet Abdullatif İngiltərəyə gəlmə səbəblərinin “qohumlarını görmək və uşaqlarına bir neçə turistik yerləri gəzdirmək” olaraq açıqlayıb.

Abdullatif, “bir qrup kişi anidən qarşımızda peyda olub “evinizə geri qayıdın” deyə bağırmağa başladılar. Bizə hücum çəkəcəklərini düşündük. Bu hadisə həm bizi, həm də uşaqlarımızı çox qorxutdu” deyə ifadə edib.

İmmiqrantları hədəfə alan başqa bir hadisə isə Mançester  şəhərinin mərkəzindəki bir tramvayda yaşanıb. Hadisəyə şahid olanların dediklərinə görə, 3 ingilis gənc immiqrant olduğunu düşündükləri bir adamı təhqir edib. Daha sonra ölkədən qovulmasını dedikləri həmin adamın üzərinə bilinməyən bir maye töküblər.

Bir başqa hadisədə isə Londonun Rugby şəhərində yaşayan Şərqi Avropalı bir ailə yaşadıqları evin poçt qutusuna immiqrantların düşmənləri tərəfindən qoyulan it nəcisi ilə qarşılaşıb.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...