Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İNGİLTƏRƏDƏ NAMAZ VAXTI ATIŞMA: 1 NƏFƏR GÜLLƏLƏNDİ

Əbu Hənifə məscidinin həyətində atışma baş verdi.

İngiltərənin Bradford şəhərində atışma olub.

Din.az bildirir ki, Britaniya mediasının verdiyi son dəqiqə xəbərinə görə, Bradfordda Əbu Hənifə məscidinin həyətində orta yaşlı kişi naməlum şəxslər tərəfindən güllələnib.

Hadisə şahidlərinin Bradford Telegraph-a verdiyi məlumatda qeyd olunur ki, kişini öldürənlər 3 nəfər olub və onların üzlərində terrorçu maskası olub.
Qeyd edək ki, hadisə namaz vaxtı müsəlmanların məsciddə ibadət etdiyi anda baş verib. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...