Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İngiltərədə uşaqlara ən çox qoyulan ad – MUHAMMƏD

Bu ad statistikada adlar sırasında hətta birincidir…

İngiltərədə və Uelsdə anadan olan oğlan uşaqlarına verilən ən populyar ad Məhəmməddir.

“Din.az” bildirir ki, “virtualaz.org” Britaniyada dərc olunan “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, mənbəyə görə, 2015-ci ildə bu ad 7361 uşağa qoyulub. Məlumatı Böyük Britaniyanın Milli Statistika İdarəsi verib.

İkinci ən yayılmış oğlan adı Oliverdir. 6941 uşağa bu ad verilib. Ən populyar qız adı isə Ameliyadır (5158 nəfər).

Qeyd olunur ki, Məhəmməd adının bu ölkələrdə 14 yazılış və deyiliş formasına rast gəlinir ki, bunlardan da ən yayılmış forma “Mühəmməd”dir. 3730 oğlan uşağının adı məhz belə qeyd olunub.

Ən məşhur 10 oğlan adlarının arasında həmçinin kral ailəsinin üzvlərinə məxsus Corc, Harri və Uilyam da var.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...