Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İngiltərəli müsəlman ifaçı Məhəmməd Əlidən danışdı

İngilis ifaçı Məhəmməd Əlinin onun kimi sonradan İslamı seçən bir çox insana nümunə olduğunu söylədi

Məhəmməd Əli üçün Luizveldəki “Freedom Hall”da keçirilən cənazə mərasimindən əvvəl sualları cavablandıran Yusuf İslam Məhəmməd Əlinin onun kimi sonradan İslam dinini seçənlər üçün daşıdığı vacibliyi vurğuladı.

“Məhəmmdə Əli mənim kimi sonradan İslamı seçənlər üçün bir modeldir”, – deyə danışan İslam, özünün daha əvvəl mümkün olmayan bir çox şeyi bacara bildiyini söyləyib.

Özünün və bütün müsəlmanların əfsanə boksçu üçün dua etdiyini və son vəzifələrini yerinə yetirdiyinə işarə edən İslam, Məhəmməd Əlinin bütün islam dünyasına yol göstərdiyini ifadə etdi.

Yusif İslam kimi sonradan islam dinini seçən amerikalı müsəlman maliyyə rəhbəri və Zaytuna Universitetinin qurucularından Həmzə Yusuf da Məhəmməd Əlinin XX və XXI yüzilliyin ən böyük insanlarından biri olduğunu vurğuladı.

Əfsanı boksçunun İslamın barış və sevgi dini olduğuna diqqət çəkən Yusuf, “Əgər insanlığı sevsəniz, insanlıq da sizi sevər. Məhəmməd Əli insanlığı sevmişdi, insanlıq da onu sevdi”, – deyə bildirib.

Məhəmməd Əlinin peyğəmbəri özünə örnək aldığınıvə onun adını özünə yeni ad olaraq seçdiyini qeyd edərək, bir çox idmançının gənclərə pis örnək olduğu bir zamanda tanınmış boksçunun gənclər arasında islam və barışın yayılmasında rol oynadığını ifadə etdi.

Yusuf, Məhəmməd Əli sayəsində bir çox ağ dərili insanların da irqçiliyin yalnış olduğunu gördü və qara dərili insanlara baxış bucağının dəyişdiyini vurğulayaraq, “Məhəmməd Əlinin cənazəsində bütün dünyadan insanlar iştirak edəcək. O, özünün də söylədiyi kimi bütün dünyanı silkələdi”, – deyə danışdı.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...