Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İngiltərənin gələcəyini müsəlmanlar təyin edəcək

“Birləşmiş Krallıq miqrantlar üzərində qurulan bir ölkədir”

Birləşmiş Krallıqda olan təxminən 800  min müsəlman seçicinin səsi, Avropa Birliyi ilə bağlı referendumun taleyini müəyyən edəcək.

“Din.az” xəbər verir ki, İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyadan ibarət Birləşmiş Krallıqda yaşayan təqribən 4 milyon 800 min müsəlmanın referendumda verəcəyi səs ölkənin Avropa Birliyi ilə münasibətlərində həlledici rol oynayacaq. Təxminən yarısı Birləşmiş Krallıqda doğulub böyüyən müsəlman əhalinin içində 800 min seçici var.

Birləşmiş Krallıqda Avropa Birliyi referendumu 23 iyun, yəni sabah keçiriləcək və xalqa, “Birləşmiş Krallıq Avropa Birliyinə üzv olaraq qalmalımı, yoxsa Avropa Birliyindən ayrılmalımı?”sualını yönəldəcək. 46 milyon seçicinin olduğu ölkədə, Avropa Birliyinin tərkibində qalmanın tərəfində olan seçicilərin referendumda iştirak nisbəti çox aşağı olmasından ölkə narahatlıq hissi keçirir. Belə bir halda, başda müsəlmanlar olmaqla ölkədəki azlıqların səsi daha da vacib bir hala gələcək.

İslamofobiya və miqrasiya təhdidləri ilə insanlar qorxudulur…

Pakistan əsilli insan hüquqlarının qoruyucusu Muazzam Begg, Avropa Birliyindən ayrılması üçün kompaniya edən qrupların başında duran çoxlu sayda sağın Birləşmiş Krallıqda güclənməsindən qayğılandığını bildirib.

Begg, “Terrorizmlə və ya ifratçılıqla günahlandırılan və ya bu şəkildə hədəf halına gətirilən insanlarla bağlı olaylar üzərində işləyən birisi olaraq mənim üçün Avropa Birliyində qalmaq ilə çıxmaq arasında çox fərq yoxdur. Ancaq bizim bildiyimiz bir şey var, o da Brexit üçün işləyənlər ifratçılıq, islamofobi və miqrasiya təhdidləri ilə insanları qorxudurlar” deyə bildirib.

Birləşmiş Krallığın müsəlmanları üçün Avropa Birliyinin daxilində qalmağın daha yaxşı olduğunu bildirən Begg, “Çünki Avropa Birliyi ümumilikdə daha çox tolerantlıq (dözümlülük) mədəniyyətinə sahibdir. Birləşmiş Krallıq Avropa Birliyindən ayrıldığı halda köç və İslam əleyhinə sağın güclənəcəyi istiqamətdə bir qorxu var” fikirlərini dilə gətirib.

Müsəlman cəmiyyətin əksəriyyətinin Avropa Birliyindən ayrıldığı halda daha çox hədəf halına gətiriləcəyini düşündüyünü ifadə edən Begg, “Birləşmiş Krallıqda müsəlmanlar bütün Avropa səviyyəsində müsəlman olsun və ya olmasın, başqa qrup insanlarla həmrəylik içində qalmanın onları daha güclü saxlayacağını düşünür” bildirib.

Müsəlmanlar Brexitdən mənfi təsirlənir…

Birləşmiş Krallığın Londondon sonra ikinci böyük şəhəri mövqeyindəki və müsəlman əhalinin ən çox olduğu Birminghamın bələdiyyə məclisində İşçi Partiyasını təmsil edən müsəlman məclisin üzvü Məryəm Xan da ölkənin Avropa Birliyində qalması istiqamətində kompaniya aparır.

“24 iyunda Birləşmiş Krallığın Avropa Birliyinin tərkibində qalması üçün əlimizdən gələni etməyimizi düşünürəm” deyən Xan, AB-dan çıxmanın müsəlman cəmiyyətinə mənfi təsir edəcəyini vurğulayıb.

Xan, “Bunu görmək üçün Birləşmiş Krallığın AB-dan çıxması üçün kompaniya yürüdənlərə baxmaq kifayət edir. Açıq şəkildə bu referendumu bir miqrasiya probleminə çevirən sağçı qruplar var. Bu ideologiyaları ölkədəki müsəlmanlara mənfi təsir edəcəyi, əslində hal-hazırda təsir etdiyi artıq ortadadır” deyə danışıb.

Birləşmiş Krallığın AB-dan ayrıldığı halda bu qrupların güclənəcəyini dilə gətirən Han “xanalarına bir referendum  zəfəri yazdırmış olacaqlar” deyib.

Ancaq Hana görə, ölkədəki bütün müsəlmanların bu referendumun vacibliyinin fərqində olduğunu söyləmək də çox çətindir.

Müsəlman cəmiyyəti referendumda səs vermələri üçün məlumatlandırmağa çalışdıqlarını izah edən Xan, “Amma hələ də öz seçki bölgəmdə belə bu referendumun mənasını və doğura biləcəyi nəticələri bilməyən insanlar var. Bir səsvermə keçiriləcəyini eşidiblər, hətta Avropa Birliyi ilə bağlı olduğunu da birlirlər, amma nəticələri və bunda özləri üçün oynaya biləcək rolla əlaqədar bir fikirləri yoxdur” deyə bildirib.

Referendumda ayrılma istiqamətində səs verəcək müsəlmanların da olduğunu ifadə edən xan, “Birləşmiş Krallığın AB-nın tərkibindən çıxdığı halda iqtisadiyyatının daha uğurla inkişaf edəcəyini düşünən müsəlmanlar da var. Ayrılma istiqamətində kompaniya keçirənlərin Şərqi Avropadan gələn miqrantların ölkədəki yerli xidmətlərə təsir etməsi ilə bağlı retorikalara inanan da…” ifadələrini işlədib.

Xan miqrant problemi ilə bağlı öz fikirlərini isə bu sözlərlə dilə gətirib:

“Birləşmiş Krallıq miqrantlar üzərində qurulan bir ölkədir. Britaniyanı böyük edən də budur. Məncə özümüzün də miqrant olduğunu unutmamaq və başqa qrupları daxilimizə almağı bacarmamız lazımdır”.

“Daha ədalətli bir miqrant sistemi istəyirik…”

Xanın bəhs etdiyi “Brexit” tərəfdarlarından biri, Birminghamda müsəlmanların ən çox yaşadığı məhəllələrdən biri olan Alum Rock Roadda sənətkarlıq edən 45 yaşlı Aftab Chugtaidir.

Avropa Birliyindən ayrılmağa razılıq verdiyi dəstəyin başlıca iqtisadi səbəb olanchugtai, “Mən bir  iş adamıyam, 33 ildir bu məhəllədə ticarətlə məşğulam. Buradakı mağazaların çoxu Avropa xaricində olan ölkələrdə ticarət edir. Hindistan, Pakistan, Türkiyə, Çin… İşimizin 95 faizi Avropa Birliyi xaricində yerləşən ölkələrlədir. Birləşmiş Krallığın AB-dn çıxdığı halda bu ölkələrlə öz ticari anlaşmalarımızı edə biləcəyimizi düşünürük” deyə qeyd edib.

AB-də mövcud köç sisteminin ədalətli olmadığını düşünən Chugtai, “Restoranlarımıza Hindistandan, Banqladeşdən, Pakistandan bacarıqlı bir aşbaz və həkim gətirə bilmirik. Bu ölkənin ehtiyac duyduğu bacarılıq insanları gətirə bilmirik. Halbuki ölkənin sərhəddi fərq qoymadan bütün Avropa Birliyi vətəndaşlarına açıqdır. Daha ədalətli bir miqrasiya sistemi istəyirik” fikirlərini dilə gətirib.

Bir çox müsəlmanı narahat edən sağçıların yüksəlişi mövzusunda da fərqli düşünən Chugtai, “Mən bu ölkədə doğuldum və böyüdüm. Abropa Birliyindən əvvəlki illəri də xatırlayıram. Yenə ədalətli bir ölkə idik. Məncə müsəlmanlar bu ölkədə özlərini dünyadakı bir çox başqa ölkələrədən daha çox gevəndə hiss edir” deyib.

Birləşmiş Krallıqda inancını hər hansı bir qorxu duymadan azadca yaşadığını ifadə edən Chugtai, “Avropa Birliyindən çıxarsaq bunun dəyişəcəyini zənn etmirəm. Avropa geriləmə içindədir. Avropa Birliyi daxilində yüksəlişdə olan sağçılar biri daha çox narahat etməlidir. Avropada qurban kəsilməsinə mane olan, minarələri qadağan edən, müsəlmanları istəmədiyini deyən ölkələr var. Həddən artıq sağa doğru istiqamət almış Avropa Birliyinin bir hissəsi olmaq istəyirəmmi? Xeyir!” şəklində danışıb.

Birləşmiş Krallığa 19 il əvvəl gələn və dolanışığını taksi sürüclüyü edərək təmin edən Pakistan əsilli Tahir (37) də Avropa Birliyindən ayrılmağın tərəfindədir. Ən əhəmiyyətli səbəbinin isə AB vətəndaşı köçkünlərin ictimai xidmətləri üzərində yaratdığı təzyiq olduğunu ifadə edən Tahir “AB-dan gələn miqrantlara görə həkimə gedə bilmirəm, məktəblər dolub. Mən bir taksi sürücüsüyəm və o qədər çox sürücü var ki, iş tapmaqda çətinlik çəkirəm, ödənişlər də düşdükcə düşür. Avropa Birliyindən çıxması üçün səs verəcəyəm” deyə bildirib.

Bir müsəlman olaraq düşüncəsiz ola bilmərik…”

Birminghamda Masjid Ali Məscidində işləyən və yerdə qalan vaxtını Uber taksi sürücülüyü ilə məşğul olan Kəşmir əsilli Zülqərneyn (43) isə ölkənin Avropa Birliyi daxilində qalmasının tərəfində olduğunu dilə gətirib.

Zülqərneyn, “Bütün Avropa birlik halında qalmalıdır. Siyasətçilər öz mınafelərini düşünür. Avropa Birliyindən gələn miqrantların bəzi problemlər yaratdığının fərqindəyəm, cinayətə qarışırlar, dilənçilik edirlər, ancaq müsəlman olaraq düşüncəsiz olmamalıyıq. Məndə AB-da qalmağın müsəlmanlar üçün daha yararlı olacağı düşüncəsindəyəm” deyə bildirib.

Birləşmiş Krallıqda doğulub böyüyən Zamir Gul (51) iqtisadiyyat mütəxəssisidir, beynəlxaql ticarət dərsləri verir və İngiltərənin AB-dən ayrılmasına qarşıdır. Gul, “Ab-dan ayrıldığımız halda bunun Birləşmiş Krallığı yanıltacağını düşünürəm. Bu, heç şübhəsiz, iqtisadiyyata da təsir edəcək” fikirlərini qeyd edib.

Birləşmiş Krallığın Avropa Birliyində qalmasının müsəlmanlar üçün də daha yaxşı olacağına inandığını ifadə edən Gul, “Sərbəst dövran müsəlmanlar üçün də var. Bundan başqa, İngiltərədə insanlar müsəlmanlara da fərqli gözlə baxar” deyə bildirib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...