"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
A Muslim girl watches an army parade in west London.

İngiltərənin vəkilləri müsəlman qadınlar üçün çağırış etdi

Share Button

Müsəlman qadınlar bərabərsizlik, ayrı-seçkilik və islamofobiyadan əziyyət çəkir…

İngilis vəkillər, İngiltərədəki iş həyatlarında bərabərsizliklərlə ən çox qarşı-qarşıya qalan kəslərin müsəlman qadınlar olduğunu bildirib.

“Din.az” bildirir ki, İngilis Parlamentinin alt qanadı Avam Kamarasinin Qadın və Bərabərliklər Komissiyası tərəfindən hazırlanan “Müsəlmanlar üçün Birləşmiş Krallıqda iş fürsətləri” başlıqlı hesabatda, ingilis cəmiyyətində iqtisadi baxımdan ən çox təzyiqə məruz qalan seqmentin müsəlman qadınlar olduğunu qeyd edib.

Komissiyanın hesabatında bütün digər inanc və etnik qruplara iş həyatlarında müsəlman qadınların cinsiyyətləri, etnik azlıqdan gəlmələri, inancları və mədəniyyətləri səbəbiylə ən çox ayrı-seçkiliyə məruz qalan kəslər olduğu vurğulanaraq, müsəlman qadınların işsiz qalma ehtimalının da bütün qadınların sayına görə 3 qat daha çox olduğuna diqqət çəkib.

“İş axtaran və ya işə girən müsəlman qadınlar xüsusilə də bərabərsizlik, ayrı-seçkilik və islamofobiyadan əziyyət çəkir. Təhsil səviyyələri və dil bacarıqları ayni olmasına baxmayaraq müsəlman qadınların işsiz qalması Xristian qadınlara görə 71 faizdir” ifadəsinin işlənildiyi hesabatda müsəlman qadınların iş görüşmələri zamanı inanc və mədəniyyətlərindən irəli gələn səbəblərdən dolayı geyindikləri geyimlər onları ayrı-seçkiliklə qarşı-qarşıya qoyduğu da vurğulanıb.

Komissiya üzvləri hesabat daxilində İngiltərə Qadın və Bərabərlik Nazirliyinə etdikləri müraciətdə, hökumətin sözügedən bərabərsizliyə və ayrı-seçkiliyə qarşı problemin həllini tapmaq üçün hərəkətə keçməsinin vacibliyini bildirib.

Hesabatın tövsiyyə xarakterli hissəsində də “Hökumət, iş yerlərində Müsəlmanların üz-üzə qaldığı bərabərsizliklər mübarizə aparımalıdır. Nazirlər, bərabərsizliklə mübarizə aparacaq planı bu ilin sonuna qədər dövrəyə samalıdır” ifadəsi işlədilib.

Hesabatla bağlı açıqlama verən komissiyanın sədri Maria Miller, müsəlman qadınların hədəflərinin dəstəklənməsi, universitetə daxil olmalarının yaxşılaşdırılması və iş yerlərində də ayrı-seçkiliklə bağlı mübarizə edilməsi çərçivəsində hökumətin iş görməsinin vacibliyini bildirərək, “Bu hesabat müsəlmanların ölkədəki müsbət rollarının olduğuna diqqət çəkərkən, hər bir inanc və fərqli keçmişə sahib olan insanlara fürsət verilməsini də diqqətə çatdırır” deyib.

Qeyd edək ki, Birləşmiş Krallıqda təxminən 3 milyon müsəlman yaşayır. Bunun 2030-cu ilə qədər 5,5 milyona çatacağı nəzərdə tutulur.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top