Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İnsanlar niyə əli dara düşən kimi falçı yanına qaçır?

Falçılar inandırırlar ki, problemləri tez bir şəkildə həll edəcəklər…

shukran_11“Din.az” xəbər verir ki, insanların niyə falçılara üç tutmaları ilə bağlı “sputnik”in sualını cavablandıran psixoloq Şükran Dədəyevin sözlərinə görə, bunun əsasında falçıların, problemləri tez və fəal şəkildə həll edəcəyinə insanları inandırmaları dayanır: “Falçılar onların yanına gedənləri inandırırlar ki, problemləri tez bir şəkildə həll edəcəklər. Məsələn, insanlar psixoloqa müraciət edəndə bir az müalicə prosesi uzandığına görə, onlar daha çox falçılara müraciət etməyə həvəslidirlər. Çünki, onların yanına gedəndə falçılar birbaşa kömək təklif edirlər. Onların probleminin tezliklə həll edəcəyini deyirlər. Əslində bunun əsasında bu, dayanır”.

Psixoloq deyib ki, insanların falçılara üz tutması təkcə Azərbaycanda deyil, bütün dünyada mövcuddur:

“ABŞ-da da, Avropada da falçı yanına gedənlər var. Amma Azərbaycan kimi ölkələrdə, xüsusilə də yeni müstəqil olan dövlətlərdə bu məsələ kütləvidir. İlk səbəb, dediyim kimi, falçıların problemi tez həll edəcəklərinə inandırmalarıdır. İkincisi, Azərbaycan kimi ölkələrdə psixoloji xidmət tam formalaşmayıb. İnsanların psixoloji məsləhət almaq səviyyəsi hələ tam formalaşmayıb”.

“Bizdə psixoloji xidmət səviyyəsi qənaətbəxş deyil. Bizim ümumtəhsil məktəblərində psixoloqlar, demək olar ki, yoxdur. Halbuki, uşaqlıqdan vətəndaşlar psixoloqa, psixoterapevtə müraciət edəcəklər və getdikcə falçılıq kimi məsələlər aradan qalxacaq”, — Ş. Dədəyev bildirib.

Elshad miriTeoloq Elşad Miri isə “sputnik”ə açıqlamasında məsələni belə şərh edib:

“Qurani-Kərimdə bildirilir ki, qeybi Allahdan başqa heç kəs bilə bilməz. Bunu peyğəmbər özü belə, bilmədiyi halda, hansısa cılız insanların bu şəkildə iddialarla ortaya çıxmaları ancaq şarlatanlıqdır, insanları aldatmaqdır. Hətta peyğəmbərimizin bir sözü var ki, belə insanların yanına gedən şəxslər Məhəmmədə göndəriləni inkar etmiş olurlar”.

“Yəni, bu gün belə bir iş görmək “Quran”ı inkar etmək deməkdir. Ona görə də falçılığın qarşısı birmənalı şəkildə alınmalıdır və insanlar da maarifləndirilməlidir”, — teoloq bildirib.

O, sözügedən yoxlamaların regionlarda deyil, Bakıda da aparılmasını məqsədəuyğun hesab edib: “Çünki, onlar regionda çox pul qazana bilmirlər, paytaxtda üz tutublar”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir