Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

İnsanları aldatdığı üçün öz qohumu tərəfindən bıçaqlanan falçı – VİDEO

Share Button

Allah vergisi, yoxsa fırıldaq?

Məlahət Qafarova Ucarın Qaracallı kəndində yaşayır. 55 yaşlı qadın illərdir falçılıqla məşğuldur. “Əlinin min dərdə dəva” olduğunu iddia edən qadın ona vergi verildiyini deyir. Həyətindəki nar ağacını isə pir kimi təqdim edir.

Övladı olmayanlara uşaq, ailə qura bilməyənlərə isə toy vəd edir. Texnologiyanın və müasir tibbin inkişaf etdiyi bir dövrdə o, falçılıqla məşğul olub insanları belə inandırır.

Qadın, dırnaqarası bacarığı ilə Ucara səs salıb. Hətta qonşu rayonlardan da onun yanına gələn var. Kənd sakinlərinin əksəriyyəti qadının insanları aldatdığını bildirirlər. Onlar deyirlər ki, falçı xüsusilə də qadınları aldadır, onlara guya, xoşbəxtlik bəxş edərək pullarını alır.

Rayon polis şöbəsindən verilən məlumata görə, Məlahət Qafarovanın bacısıoğlu falçılıqla insanları aldatdığına görə xalası ilə mübahisə edib və onu bıçaqlayıb. Ancaq qadının tutduğu əməllər haqqında polisə şikayət daxil olmayıb.

“Din.az” “xezerxeber”in mövzu ilə bağlı hazırladığı videoxəbəri təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir