Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İnsanları yolundan edən mağarlar – VİDEO – FOTO

Millət vəkili: “Yas mərasimi həmrəylik mərasimidir”.

Həyətlərdə, küçələrdə qurulan mağarlar və onların yollarda yaratdıqları çətinliklər.

Din.az xəbər verir ki, söhbət yas mərasimləri üçün qurulan çadırlardan gedir. Çox vaxt mağarlar elə qurulur ki, həmin küçədə avtomobillərlə hərəkət etmək günlərlə mümkünsüz olur.

Sakin: “Elə yerlər var ki, yolu təmiz kəsirlər. Başqa yollarla getməyə məcbur oluruq”.

Sakin: “Bir küçədə bir mağar yeri varsa, ona heç kəs heçnə deyə bilməz”.

Musa Quliyev – millət vəkili: “Yas mərasimi həmrəylik mərasimidir. Sənə həmrəy olanlarla bərabər sənin əziyyət verdiyin insanlar da olacaq. Onların yolları bağlanır. Kimisi həkimə gedir, kiminsə təcili işi var. Qatara, təyyarəyə gecikir “.

Mağarın yanında bir maşının keçəcəyi qədər yerin qoyulması əksər yerlərdə mümükündür, lakin…

Naqif Həmzəyev – millət vəkili: “Məcburiyyətdən bunu edirlər. Ona görə də biz xüsusi mərasim zallarının sayını artırmalıyıq ki, belə halların qarşısı alınsın. Bəzi şadlıq evləri oranı mərasin zalı kimi də istifadəyə versələr həm biznes baxımından əlverişli olar, həm də belə çətinliklər azalar. Bu, həm tıxac yaradır, həm vətəndaşlara əziyyətdir”.

Millət vəkilləri çadır, mağar ənənəsindən çıxmaq üçün marifləndirmə işlərinin genişləndirilməsinə ehtiyac olduğu qənaətindədirlər. / Milli.Az

https://daytube.az/az/videos/75889/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...