Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

İnsanları zorla Hz.Aişəyə lənət oxumağa məcbur edən qruplaşma – ŞOK GÖRÜNTÜLƏR

Adı dəhşətli qətillərdə hallanan Haşdi Şabi qruplaşması…

İraqda  İŞİD-dən alınan ərazilərdə  İranmeyilli  qrupların və İraq ordusunun dinc sakinlərə qarşı törətdiyi qanunsuzluqlar haqqında informasiyalar yayılmaqdadır.

“Din.az” “avropa.info”ya istinadən xəbər verir ki, bu haqda Beynəlxalq Amnistiya təşkilatının hesabatlarında yazılır. Eyni zamanda İraq Kürdüstanı rəsmiləri də bununla bağlı həyəcan təbili çalırlar.

Bu arada yayılan bir video görüntü ölkəni qarışdırıb. Videogörüntülərdə İranmeyilli qrupların və İraq əsgərlərinin İŞİD-dən alınan ərazilərin birində dinc sakinlərə zorla Məhəmməd Peyğəmbərin (s.a.s) həyat yoldaşı Hz.Aişəyə (r.a) və Peyğəmbərin səhabəsi Hz.Ömərə (r.a) lənət oxutdurduqları görünür.

Qeyd edək ki, İŞİD-dən geri alınan ərazilərdə sünnilər yaşayırlar. Çoxsaylı beynəlxalq təşkilatlar İraq hökumətindən İŞİD-ə qarşı əməliyyatlarda İranmeyilli qrupların, xüsusilə də adı dəhşətli qətillərdə hallanan Haşdi Şabi qruplaşmasının iştirakının qadağan edilməsini tələb edirlər. Müstəqil ekspertlər isə İraq hökumətinin İranmeyilli qruplara təsir imkanlarının olmadığını bildirirlər.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...