Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İnternet və telefonu rədd edən Haham Yisroelin 100 minlik cənazə mərasimi  –  FOTO

On illərin ən izdihamlı cənazə mərasimi …

Nyu-York son illərin ən izdihamlı cənazə mərasiminin şahidi olub. 

Din.az Teleqraf.com-a istinadən xəbər verir ki, aprelin 1-də vəfat edən yəhudi əsilli Haham Yisroel Avrohom Portugalın cənazə mərasiminə yüz minlərlə insan qatılıb.

Nyu-York polisi bəyan edib ki, mərasimə 100 minlərlə insanın qatılması səbəbindən o qədər basırıq olub ki, nəticədə 2 polis əməkdaşı yaralanıb.

Nasist Almaniyasından xilas edilən yəhudilər arasında olan Haham Yisroel sonradan ABŞ-a köçüb.

İnternet, telefon kimi texnoloji yenilikləri rədd edən Hahamın cənazə törənində insanlardan xahiş olunub ki, əllərini telefonlara vurduqdan sonra cənazəyə toxunmasınlar.

Ancaq bu xəbərdarlığa baxmyaraq, çoxlu sayda insanın əlində mobil telefonların olduğu görünüb.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...