"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

İntihar əcəldir? İslamda intihar edənin hökmü nədir?

Share Button

Bədənimiz xəstələnməzsə, hər hansı qəza keçirməzsə nə qədər yaşayar?

Bu suala istanbul Universitenin professoru Abdulaziz Bayındır cavab verir. «Din.az» həmin cavabı sizə təqdim edir.

Şübhəsiz ki, heç bir insanın özünü öldürmək haqqı yoxdur. Uca Allahın verdiyi haqqı yalnız O Özü ala bilər. Bununla bağlı Quranda buyurulur: “Özünüzü öldürməyin!”. Allah daim özümüzü qorumağımızı əmr edir. Belə ki, başımıza nə gəlirsə, özümüzə diqqətsiz yanaşmağımızdan gəlir. Dinə görə intihar haramdır. Hədislərdə deyilir ki, kim nə ilə intihar etsə, cəhənnəmdə o şeylə daim ona əziyyət verilər. Məsələn, insan özünü hündür bir yerdən aşağı ataraq intihar edibsə, cəhənnəmdə də ona belə əziyyət veriləcək.

İntihar əcəldir. Lakin necə əcəl? Əgər bizim “Doğru hesab etdiyimiz səhvlər” bölməsində yazılanları oxusanız, bunu biləcəksiniz. Uca Allah insanları yaratdığı zaman onlar üçün ana bətnində müəyyən əcəl təyin edir. Bu bədənin həyata qarşı dözümlülük prosesidir. Həkimlər həmin əcəli əsas götürürlər. Yəni bu bədən xəstələnməsə, hər hansı qəza keçirməsə nə qədər yaşayar? Allah bir də “əcəli musəmma” deyilən əcəl təyin edir. Bu, insanın fiziki olaraq yaşayacağı müddətdir. Lakin insanlar öz səhvlərilə bu əcəli azalda bilərlər. Bütün peyğəmbərlər ümmətlərinə belə demişlər: “Allahdan qorxun, mənə itaət edin. Allah sizi bağışlasın, sizi “əcəli-musəmma”nıza qədər yaşatsın”. Buna görə də günah işlər görənlər etdiklərilə öz əcəllərini qısaldırlar. Lakin burada yenə də Allahın qəti hökmü olmadan o insanlara ölüm gəlməz.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir