Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İordaniyada Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu

Dağlıq Qarabağ münaqişəsi mühüm problem kimi dünyanın gündəmindədir.

BMT baş katibi Antonio Quterreş İordaniyada keçirilən Ümumdünya İqtisadi Konfransının regional forumunda Ermənistan prezidenti Armen Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib.

Din.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, BMT baş katibi Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin Vyanada keçirdikləri görüşü alqışlayıb. Antonio Quttereş və Ermənistan Prezidenti münaqişənin həlli yolları ilə bağlı fikir mübadiləsi aparıblar.

Daha əvvəl də BMT baş katibinin sözçüsünün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatında bildirilirdi ki, baş katib Antonio Quterreş ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında martın 29-u Vyanada baş tutan ilk görüşü alqışlayıb. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...