Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

İordaniyada və Misirdə Hökumətlərarası Komissiyanın iclasları keçiriləcək

Azərbaycan-İordaniya və Azərbaycan-Misir iqtisadi əməkdaşlığı möhkəmlənir.

Bu gün və sabah Əmmanda Azərbaycan və İordaniya arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın, fevralın 21-22-də isə Qahirədə Azərbaycan və Misir arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın iclası keçiriləcək.

Din.az bildirir ki, bu barədə “Report” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, iclaslarda Azərbaycan-İordaniya və Azərbaycan-Misir iqtisadi əməkdaşlığı, komissiyaların sonuncu iclaslarından ötən dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Bu məqsədilə İqtisadiyyat naziri, hər iki Hökumətlərarası Komissiyada Azərbaycan tərəfdən həmsədr Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Misir və İordaniyaya gedəcək. Səfər çərçivəsində İordaniya və Misir rəsmiləri ilə görüşlərin keçirilməsi, müzakirələrin aparılması da nəzərdə tutulur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...